Accessibility links

“İnsan Hüquqları” klubunun rəhbəri Rəsul Cəfərov cümə günü RATİ-də “Sing For Democracy” (Demokratiya naminə mahnı) kampaniyası çərçivəsindəki fəaliyyət barədə mətbuat konfransı keçirib.
Konfransda ölkədə kampaniyaya marağın artdığı, sosial şəbəkələrdə kampaniya tərəfdarlarının çoxaldığı vurğulanıb. Kampaniyanın əleyhdarlarının da olduğu deyilsə də, bu qrupun azlıq təşkil etdiyi nəzərə çatdırılıb. Kampaniya çərçivəsində hazırlanaraq sosial şəbəkələrə yerləşdirilən videosüjetdə ölkə iqtidarının insan haqlarına, demokratiya prinsiplərinə əməl etməməsi, vətəndaşların evlərinin dağıdılması, siyasi məhbuslar olması, insanların şəxsi həyatlarına müdaxilə, jurnalist qətllərinin üstünün açılmaması göstərilir. Süjetdə səslənən musiqi Avropada mühacir həyatı yaşamağa məcbur olan Azər Məmmədova məxsusdur və süjetin mahiyyətilə üst-üstə düşür.
Aprelin 20-dən videosüjetin “Eurovision” müsabiqəsi çərçivəsində Azərbaycana səfəri gözlənilən şəxslərin email-lərinə göndərilməsi nəzərdə tutulur. Bu şəxslərə “Eurovision” müsabiqəsi çərçivəsində Azərbaycanda olarkən insan haqlarının durumu haqda danışmaq təklif olunur.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG