Accessibility links

Sinqapur-London təyyarəsi Bakıda qəza enişi edib, xəsarət alan olmayıb


Bakı Beynəlxalq Hava limanı
Bakı Beynəlxalq Hava limanı

Qəza enişi texniki nasazlıqla bağlı olub

Yanvarın 6-da saat 00.55-də Sinqapurdan Londona uçan AİRBUS 380 təyyarəsi Bakı Beynəlxalq Hava limanında qəza enişi edib. Qəza enişi üçün bütün təhlükəsizlik tədbirləri görülüb və təyyarə hava limanında yerə enib. Xəsarət alan yoxdur. Bu barədə Bakı Beynəlxalq Hava limanının məlumat bürosundan Amerikanın Səsinə bildiriblər.

Məlumat bürosundan deyiblər ki, qəza enişi təyyarədəki texniki nasazlıqla bağlı olub.
Həyəcan keçirən sərnişinlərə psixoloji yardım edilib, sərnişinlər qida ilə təmin edilib və istirahət etmək üçün yerləşdirilib.

Məlumat bürosu yanvarın 6-da yerli vaxtla saat 17.20-də Sinqapurdan Bakı Hava limanına gələcək təyyarənin sərnişinləri götürəcəyini bildirib. Təyyarədə 467 sərnişin olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG