Accessibility links

Sinqapurda dörd Banqladeş vətəndaşı ölkələrində törədilən terror hücumlarını maliyyələşdirmək üçün pul toplamaq ittihamları ilə həbs edilib.

Banqladeş vətəndaşları çərşənbə axşamı ittihamları qəbul etdikdən sonra onlara hökm oxunub. Qrupun lideri 31 yaşlı Rəhman Mizanur 5 il müddətinə azadlıqdan məhrum edilib. Digər ikisi iki il yarım, dördüncü şəxs isə iki il müddətinə həbsə məhkum edilib.

Bu dörd şəxs martın sonu və aprelin əvvəli arasında həbs edilib ittiham irəli sürülən 6 nəfərdən ibarət qrupa daxildir.

Məhkəmə sənədlərində göstərilir ki, bu altı nəfər Banqladeşdə İŞİD-in adı altında həyata keçirilən terror hücumlarının maliyyələşdirilməsi üçün min dollara qədər pul toplayıb.

Günahsız olduqlarını iddia edir digər iki nəfər isə məhkəmə qarşısına çıxarılacaq.

XS
SM
MD
LG