Accessibility links

Birləşmiş Ştatlar Sinqapuru insan haqları pozuntularına görə tənqid etdiyi üçün Sinqapur əks hücuma keçib.

Sinqapurun Daxili Təhlükəsizlik Qanunu (DTQ) məhkəmə orderi olmadan şübhəli şəxsləri nəzarət altına alıb həbs etməyə icazə verdiyi üçün Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında tənqidə məruz qalıb.

Sinqapurun xarici işlər naziri bəyənatla çıxış edərək deyib ki, hesabatda “qeyri-dəqiq və təhrif olunmuş siyasət əksini tapıb .

Xarici İşlər Nazirliyi DTQ-da ictimai təhlükəsizliyin müdafiəsi və terrorist fəaliyyətlərin qarşısının alınması məqsədi daşıdığını bildirərək, ABŞ-ı Quantanamo körfəzindəki hərbi izolyasiya mərkəzində terror şübhəlilərinə qarşı eyni üslubdan istifadə etdiyi üçün tənqid edib.

May ayında açıqlanan hesabatda Sinqapurda 2011- ci il ərzində ifadə, mətbuat, din və sərbəst toplaşmaq azadlıqlarının pozulduğu qeyd edilib.
XS
SM
MD
LG