Accessibility links

İranın Sinqapur tərəfindən ələ keçirilən yük gəmiləri azad edilib

  • Amerikanın səsi

İranın Sinqapur tərəfindən ələ keçirilən yük gəmiləri azad edilib

İranın Sinqapur tərəfindən ələ keçirilən yük gəmiləri azad edilib

İranın bir necə ay əvvəl Sinqapur tərəfindən ələ keçirilən yük gəmiləri azad edilib. İranın ticarət naziri Mehdi Qəzənfəri İranın yarı-rəsmi Fars xəbər agentliyinə bildirib ki, Sinqapur İran gəmilərini bu gün azad edib və gəmilərin saxlanmasına səbəb Qərbin yaratdığı maliyyə problemləri olub. İranın dövlət nəzarətində oaln yükdaşıma xidməti bildirib ki, Fransanın Kredit Agrikol korporasiyası və Sərmayə bankı gəmilərin etibarlı sığortaya malik olmadığını irəli sürərək krediti vaxtından əvvəl tələb edib. Şirkət banka kreditin qalan 200 milyon dollarını artıq ödədiyini bildirir.

XS
SM
MD
LG