Accessibility links

Sinüzitin müalicə üsulları [Video]


Bahar mövsümü ilə allergiya halları artır. İnsanların çoxunda baş ağrısı və burun tutulması olur. Belə hallarda dərmanlar və burun damcıları, spreylər bəzilərinə kömək edirsə, xroniki sinüzitdən əziyyət çəkənlər ciddi müalicə, bəzən də əməliyyat olunur. Sinüzitə qarşı “Balon sinuplastı” adlanan prosedurun az invaziv,, lakin effektiv olduğu deyilir.

Sinüzit iltihabı hüceyrələrin şişməsinə, bu isə burunda nəfəsin daralmasına səbəb olur və mayenin irriqasiyasını çətinləşdirir. Lorinqoloq Fərhad Siqari: “Biz burun yolunu bir az açsaq belə, bunun yardımı çox olur.”

Dərmanlar və burun damcıları, spreylər irriqasiyaya yardım edir, lakin bu prosedur xroniki sinüziti olan insanlara kömək etmir. “Nəzərdə bu simptomlarla 3 aydan çox əziyyət çəkən və müxtəlif antibiotikdən istifadə edən, lakin bütün bunların xeyri olmayan insanlar tutulur" deyə, doktor Siqari bildirir.

Məsələnin həllinin biri adi, xəstəxanada ümumi anesteziya ilə endoskopik cərrahiyyə əməliyyatıdır. Bu əməliyyat zamanı bəzi toxumalar çıxarılmalı olur. Lakin hazırda həkimlərin çoxu Ballon sinuplastin yolu ilə, yəni daha az müdaxilə etməklə müalicəyə üstünlük verir. Bu prosedur yalnız yerli anesteziya tələb edir və bu proseduru hər bir mütəxəssis öz ofisində edə bilər. Həkim buruna ucunda kiçik işıq olan katetr salır və problemin olduğu yerə müdaxilə edə bilir. Bundan sonra o, Ballon katetri ilə bağlanan keçidi aça bilir.

Bəzən də iltihablı sinüzitə bu kimi prosedurlar gərək olmur. Həkim müalicəni necə edilməsinə skan etdikdən sonra qərar verir. Doktor Siqari: “Skanda görüntü böyük olur. Burada sinüzitin qurudulmasına maneələr var. saö tərəfdə isə bunun təsirlərini görmək olar."

Cenifer Mayza adlı bu xəstə prosedurdan əvvəl xroniki sinüzitdən əziyyət çəkirdi. Mənim başım demək olar ki, hər gün ağrayırdı” deyə, o bildirir.

Ona Ballon sinuplastı proseduru edildi. Hazırda o, böyük dəyişiklik olduğunu deyir. “İndi mən yorğun deyiləm. başım ağrımır, yaxşı yatıram.”

Xəstələr dərhal işə çıxa bilər. baxmayaraq burun tutulması bir həftəyədək davam edir. Həkimlər bu sahədə 95 faiz nailiyyət əldə edildiyini desə də, bu müalicənin hamı üçün yayarlı olmadığını bildirir. Məsələn burunda polip olan xəstələr.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG