Accessibility links

Siqaret paketlərinin üzərinə vurulacaq qrafiklər açıqlanıb

  • Amerikanın səsi

Siqaret paketlərinin üzərinə vurulacaq qrafiklər açıqlanıb

Siqaret paketlərinin üzərinə vurulacaq qrafiklər açıqlanıb

Amerikanın Ərzaq və Dərman Administrasiyası siqaret paketlərinin üzərinə vurulacaq qrafikləri açıqlayıb. Xəbərdarlıq məqsədi daşıyan görüntülərə xarab dişlər, xəstə ağ ciyərləri və xərcəng xəstəliyindən ölən xəstələrin şəkilləri daxildir.

Siqaret paketinin ön və arxa tərəfinin yuxarı hissəsində olacaq görüntülər gələn ilin oktyabr ayından qüvvəyə minir. Xəbərdarlığın beşdə bir hissəsi tütünün reklamına həsr ediləcək. Bu açıqlama 2009-cu il tütündən müdafiə və nəzarət aktının bir hissəsidir. Bu sənəd federal hökumətə tütün istehsalının tənzimlənməsinə imkan yaradıb. Amerikada siqaret çəkənlərin sayı son illər azalsa da, 20 faizi hələ də siqaret çəkir.

XS
SM
MD
LG