Accessibility links

Azərbaycanda siqaretlər bahalaşıb


Siqaret
Siqaret

Sentyabrın 5-dən Azərbaycanda əksər siqaretlərin qiyməti yenidən artırılıb, ümumilikdə siqaretlərin qiymətində 25-30 faiz artım müşahidə olunur.

Bakının mağazalarında siqaretlərin qiymətləri avqustun 29-da 10-20% arasında bahalanmışdı. Sentyabrın 5-də olan artım son bir həftədə ikinci dəfə baş verir.

Bir həftə öncə 2.60 qəpik olan LD nazik qutu siqareti 2.80 AZN olub. Həmin markadan olan qalın qutulu siqaret 2.30-dan 2.50 AZN-ə qalxıb, göy qutulu LD 1.70-ə yox, 2 manata satılır. Ağ qutulu LD isə 1.60-dan 1.80 manata yüksəlib.

Analoji qiymət artımları “Winchester”, West”, “Kent”, “Sobranie” siqaretlərinin satışında da özünü göstərir. Ən çox bahalaşma “Sobranie” siqaretindədir ki, bu da 40 qəpik bahalaşma deməkdir. Odur ki, bahalaşma 20-40 qəpik arasında dövr edir.

Satıcılar bunun səbəblərini bilmədiklərini desələr də, ekspertlər bu bahalaşmanın son vaxtlar dolların bahalaşması ilə birbaşa bağlı olduğunu deyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG