Accessibility links

Son araşdırmalara görə, siqaret paketləri üzərində yeni qrafiklər insanları siqaret çəkməkdən çəkindirir. Cənubi Karolina Universitetinin tədqiqatları şəkillərin yazıdan daha effektiv olduğunu göstərib.


Hazırda 40-dan artıq dünya ölkəsində siqaret paketləri üzərində sağlamlıq xəbərdarlıqlarına yer verilir. Savadsızlığın hökm sürdüyü bölgələrdə şəkillərin təsiri daha böyükdür. Siqaretin ziyan vurduğu orqanların nümayişi insanlar arasında güclü xəbərdarlıq mahiyyəti daşıyır.


Ümumdünya Səhiyyə Təşkilatı şəkillərin hər iki ildən bir yenilənməsini tövsiyə edir. Siqaret əleyhinə olan fəallar siqaretin qiyməti və vergilərinin artırılmasına çağırır. Belə ki, dünyanın bir çox bğlgəsində tütünün qiyməti olduqca aşağıdır.


Bu həftə Seulda keçirilən görüşdə nümayəndə heyətləri qiymələrin artırılması yollarını müzakirə edib.


170 ölkənin nümayəndələri qeyri-qanuni siqaret istehsalı barədə qanunu yekdilliklə ratifikasiya edib. Siqaret qaçaqmalçılığı və qanunsuz istehalı tütün ticarətinin 11 faizini təşkil edir. Tütünə Nəzarət Konvensiyası 176 ölkə tərəfindən ratifikasiya edilib. Lakin ən böyük tütün istehsalçısı olan Amerika sənədə imza atsa da, onu hələ də ratifikasiya etməyib.


Dünyada 57 milyon siqaret çəkəni olan İndoneziya dünyanın ən böyük tütün istehlakçısıdır. İndoneziya da daxil edilməklə, dünyanın 10 ölkəsi sənədi imzalamayıb.

XS
SM
MD
LG