Accessibility links

Tütün vergilərinin 3 dəfə artırılması 200 milyon insanın həyatını xilas edə bilər


La prohibición de fumar estaba vigente en 179 parques del estado de Nueva York.

La prohibición de fumar estaba vigente en 179 parques del estado de Nueva York.

Tütün vergilərinin 3 dəfə artırılması 200 milyon insanın həyatını xilas edə bilər. New England Journal of Medicine –nin məlumatına görə, tütün sənayesi ildə 50 milyard dollar gəlir əldə edir. Bu, siqaret səbəbi ilə həyatını itirən 10 min insanın sənayeyə verdiyi gəlirdir.

Son araşdırmalara görə, vergilərin artırılması insanları siqaretdən əl çəkdirə bilər. Bu həm də gənclərin mənafeyinə xidmət edər.

Yoxsul ölkələrdə siqaret qiyməti münasib olduğu üçün o ölkələrdə ölüm göstəriciləri də yüksəkdir.

Qiymətlərin qalxması ilə dünyada siqaret çəkənlərin sayı 20 faiz azalıb. Dünyanın inkişaf etməkdə olan ölkələrində gənc kişilərin 50 faizi , hər 10 gənc qadından 1-i siqaret çəkir.
S
iqaret vaxtsız ölümlər və xroniki xəstəliklərə yol açır. Siqaret vergilərinin artırılması tütün istehlakını azaltmaqla yanaşı, hökumətlərin səhiyyə sahəsinə daha artıq vəsait ayırmalarına xidmət edəcək.

Orta və aşağı gəlirli ölkələrdə siqaret çəkən 1.3 milyard insan var. Təkcə Çində ildə 3 trillion siqaret çəkilir. Dünya boyu isə bu göstrəci 6 trillion təşkil edir.
XS
SM
MD
LG