Accessibility links

"Tolışi Sədo" ("Talışın səsi") qəzetinin heç vaxt Şahin Mirzəyev adlı jurnalisti olmayıb. Bu barədə "Tolışi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov Amerikanın Səsinə bildirib. O, Ermənistan KİV-lərinin məlumatına görə, Ermənistandan müvəqqəti sığınacaq almış Şahin Mirzəyev adlı insanı ümumiyyətlə tanımır.

Ermənistan mediasının məlumatına görə, "Tolışi sədo" qəzetinin müxbiri Şahin Mirzəyev bu günlərdə Ermənistandan sığınacaq istəyib. Ermənistan Miqrasiya Xidməti Mirzəyevin ailəsinə tibbi yardım ediləcəyini bildirib.

Öz növbəsində, "Tolışin Sədo" ("Talışların səsi") qəzetinin baş redaktoru Rafiq Cəlilov bildirib ki, Şahin Mirzəli (Mirzəyev) 2015-ci ildə ictimai əsaslarla bu nəşrin müxbiri olub. Amma 2016-cı ildə o, "Tolışin Sədo" nəşrinə abunəlikdən imtina etdikdən sonra onunla əməkdaşlığa son verilib.

"Mən Respublika Talış Mədəniyyəti Mərkəzinin (RTMM) sədri kimi bildirirəm ki, RTMM-nin 2016-cı il 1 may tarixli iclasında Mirzəli RTMM-nin idarə heyətinin üzvü seçilib. Amma onun hansısa xarici dövlətdən sığınacaq almasının RTMM və qəzetimizlə heç bir əlaqəsi yoxdur", Cəlilov bildirib.

Onun sözlərinə görə, bu, "sırf ailəvi məsələ ilə bağlıdır".

"Onun həyat yoldaşı həkimlərin səriştəsizliyi nəticəsində ağır vəziyyətə düşüb və lazımi tibbi yardımla təmin olunmayıb. Nəticədə, onun ailəsi Gürcüstandan sığınacaq istəyib", Cəlilov qeyd edib.

Amma bunun RTMM ilə qətiyyən əlaqəsi yoxdur.

"Bunu RTMM-nin Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyəti kimi təqdim etmək cəhdləri əsassızdır. Biz əsaslı olaraq sivil yollarla talışların hüquqları uğrunda mübarizə aparırıq və xarici dövlətlərin, hələ ermənilərin köməyinə ehtiyacımız yoxdur", Cəlilov bildirib.

Onun sözlərinə görə, Mirzəli heç vaxt "Tolışin sədo" qəzetində nəşrlərinə görə təqibə məruz qalmayıb.

Onun RTMM-dəki statusuna mərkəzin növbəti iclasında baxılacaq, deyə Cəlilov bildirib.

XS
SM
MD
LG