Accessibility links

Vəkil: Sirac və Fərəc Kərimli qardaşları vicdan məhbuslarıdır [Video]


Sirac Kərimlinin işi üzrə hazırlıq iclası olub

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Sirac Kərimlinin işi üzrə hazırlıq iclası keçirilib.

Sirac Kərimli 2014-cü il iyulun 17-də həbs saxlanıaraq barəsində həbs qətimkan tədbiri seşilib. O Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narkotik maddə əldə etmək və ya saxlamaq) maddəsi ilə ittiham olunur. Siracın qardaşı Fərəc Kərimli isə iyulun 23-də eyni ittihamala həbs edilib. Fərəc Kərimli Müsavat Partiyası başqanının müavini və facebook fəalıdır. Ailə üzvləri və Müsavat Partiyasının başqanı Arif Hacılı Sirac Kərimlinin qardaşının əvəzinə səhv olaraq həbs edildiyini bildirib.

“Lakin sonradan səhv düzəldilmədi. Hər iki qardaş həbsdə saxlanıldı”, Hacılı bildirib.

Hər iki qardaş yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb. Amnesty İnternational Sirac və Fərəc Kərimli qardaşlarını “vicdan məhbusu” elan edib. Qardaşlar Andrey Saxarov adına“Azadlığı dəstək” mükafatəına layiq görülüb.

Vəkil Nemət Kərimli məhkəmə heyətinə Sirac Kərimlinin siyasi məhbus olduğunu çatdırıb. Onun barəsində həbs qətimkan tədbirinin dəyişddirilərək ev dusytaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb. Vəkil həmçinin cinayət işi başlamamışdan öncə dövlət tərəfindən tutulmuş vəkilin dəvət edilməsinin və vəkilin baxış protokoluna imza etməsinin qanunvericiliyə uyğun olmadığını məhkəmənin diqqətinə çatdəırırb. “Bu səbəbdən baxış protokolu sübutlar siyahısından çıxarılmalıdır”, Nemət Kərimli bildirib.

Dövlət ittihamçısı istintaqın qanunvericiliyə uyğun aparıldığını deyib və vəsatətlərin təmin edilməməsini istəyib.

Beləliklə, məhkəmə vəsatətləri təmin etməyib və məhkəmə baxışını fevralın 12-si saat 11.30-a təyin edib.

Show comments

XS
SM
MD
LG