Accessibility links

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi Sirac Kərimovu 6 il azadlıqdan məhrum edib. Dövlət ittihamçısı Sirac Kəırimova 8 il həbs istəmişdi.

Sirac Kərimov 2014-cü ilin iyulunda Daxili İşlər Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ondan külli miqdarda narkotik maddə-heroin aşkar edilib. Kərimova qarşı Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə ittiham elan edilib.

Sirac Kərimovun qardaşı Müsavat Partiyası başqanının müavini Fərəc Kərimov da eyni maddə üzrə həbs edilərək, barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçilib. Hər iki qardaş ittihamı siyasi sifariş hesab edir və qəbul etmir.

Vəkil Nemət Kərimli Siracı qardaşı Fərəcin əvəzinə səhv olaraq tutduqlarını bildirib.

“Sonradan biliblər ki, qardaşaları səhv salıblar. Amma, Siracı da həbsdə saxlayıblar”.

“Bu istintaq işi Azərbaycan məhkəməsinin xarakterinə uyğundur”, Nemət Kərimli Amerikanın Səsinə deyib.

Müsavat Partiyası məhkəmənin bu qərarı siyasi sifariş əsasında qəbul etdiyini bildirir və hakimiyyətin repressiya siyasətinin davamı hesab edir.

“Məhkəmənin bu hökmünü vətəndaşları siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq cəhdi kimi qiymətləndirir. Məcburi köçkün həyatı yaşamağa məcbur olan, iki övlad atası Sirac Kərimova qarşı həyata keçirilən bu haqsızlıq Azərbaycan hakimiyyətinin simasını nümayiş etdirir”, Müsavatın bəyanatında qeyd edilir.

Müsavat Partiyası vicdan məhbusu Sirac Kərimovun və digər siyasi məhbusların qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir.

XS
SM
MD
LG