Accessibility links

Redaktora 5 il həbs verilə bilər - Şirin Cəfərli ilə müsahibə [Audio]


Şirin Cəfərli

Şirin Cəfərli

“Gündəm Xəbər” qəzeti külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Nəşr tənqidi yönlüdür, 1500 nüsxə ilə dərc olunur

“Gündəm xəbər” qəzetinin redaktoru Şirin Cəfərli həbs edilə bilər. Prokuror Mahir Hüseynov onu iri məbləğdə vergidən yayınmada ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.


Bu zaman Ş.Cəfərlinin 71 min manat məbləğində vergini ödəməkdən yayınması (CM-in 213.2.2) ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Vergilər Nazirliyinin rəyi əsas götürülüb.

Lakin vəkil Zaur Niftəliyev bu məbləği əsassız sayır, belə ki, təqdim edilən sənədlər bu ittihamı təkzib edir.

Bu gün Gəncədə Yaşar Həsənovun sədrliyi ilə keçirilən məhkəmə mayın 20-dək təxirə salınıb.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2011-ci ildə Mətbuat Şurasının müraciəti əsasında Ş.Cəfərlinin işi ilə məşğul olub. “Gündəm xəbər” tənqidi yönlü qəzetdir, 1500 nüsxə ilə dərc olunur.

Öz növbəsində rəsmi, hakimiyyət redaktorun dediklərinin əksini deyir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ölkədə azad medianın fəaliyyət göstərdiyini dəfələrlə bildirib. Onun dediyinə görə, insanlar qanun qarşısında bərabəırdir. və heç kim fikirlərinə görə həbs edilmir.
XS
SM
MD
LG