Accessibility links

Şirinbacı Rzayeva: Ailəmin nizamını pozublar [Video]


Şirinbacı Rzayeva ilə müsahibə
please wait

No media source currently available

0:00 0:11:16 0:00

Şirinbacı Rzayeva ilə müsahibə

Onun oğlu İlqar Rzayev həbs edilib. Beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan İlqar ölkədə ən ağır sosial şəraiti olan həbsxanaya göndərilib. Ailənin evi alınıb

Vicdan məhbusu İlqar Rzayevin həbsi siyasidir. Onun Qızıldaş qəsəbəsindəki 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi isə qisas xarakteri daşıyır. İ.Rzayevin hüquqlarını ictimai Müdafiə Komitəsinin mətbuat konfransındakı çıxışlarda əsas vurğu budur.

İ.Rzayev bu il mayın 11-də narkotik maddə ittihamı ilə saxlanılıb və polis onun evindən narkotik maddə tapdığını bildirib.

Avqust ayında Nərimanov Rayon Məhkəməsinin “qanunsuz narkotik maddə saxlamaq” qərarı ilə Rzayevə iki il həbs cəzası verilib.

İ. Rzayevlərlər ailəsi "Qış bulvarı" deyilən tikinti sahəsinə düşən Mirzəağa Əliyev küçəsi, 211 ünvanında yaşayıb. Onun anası Şirinbacı Rzayeva İctimai Palatanın 22 aprel mitinqində hökuməti kəskin tənqid edən nitq söyləyib və insanların mülkiyyətini qanunsuz olaraq əlindən almamağa çağırıb. Bundan sonra məhkəmənin qərarı olmasına baxmayaraq Rzayevlərin evi sökülüb. Hazırda ailə kirayədə yaşayır və evlərinin pulu onlara verilmir.

Mətbuat konfransında İ.Rzayevin anası Ş.Rzayeva “mülkiyyət hüquqlarını qoruduğuna görə oğlunun həbsə alındığını, özünün işdən azad edildiyini, evləri dağıdılsa da kompensasiyanın verilmədiyini” bir daha deyib.

Müdafiə komitəsi Cinayət Məcəlləsinin 234-cü maddəsini “siyasi ittiham maddəsi” adlandırıb.

“Siyasi və ictimai fəalları bu maddə ilə həbs edirlər. Bu həbs metodu köhnədən qalıb. Hakimiyyət kommunistlərin həbs metodunu da dəyişə bilməyib”, - Açıq Cəmiyyət Partiyasının fəalı Vüqar Mahmudov bildirib.

İctimai Müdafiə Komitəsi bütün siyasi partiyaları və ziyalıları vicdan məhbuslarının hüquqlarının müdafiəsi üçün vahid koalisiyada birləşməyə çağırıb. Komitə 14 saylı cəzaçəkmə müəssisəsinin siyasi fəalların, mübariz insanların, haqqını tələb edənlərin “cəza evi” adlandırıb.

Komitə üzvləri məhkəmənin hökmündən Avropa Məhkəməsinə şikayət ediləcəyini bildirib. Bu arada ACP fəalı Ramiz Mirzəoğlu Avropa Məhkəməsinə də ümidlərin əbəs olduğunu diqqətə çatdırıb.

“Avropa Məhkəməsi 2005-ci ildən mənim qanunsuz həbsimlə bağlı şikayətimi icraata götürüb. Ancaq hələ də qərar yoxdur. Avropa Məhkəməsində kimə şikayət edək?”, - o sual edib.
XS
SM
MD
LG