Şirinbacı Rzayeva ilə müsahibə
Rzayevlərlər ailəsi "Qış bulvarı" deyilən tikinti sahəsinə düşən Mirzəağa Əliyev küçəsi, 211 ünvanında yaşayıb. Ana Şirinbacı Rzayeva İctimai Palatanın 22 aprel mitinqində hökuməti kəskin tənqid edən nitq söyləyib və insanların mülkiyyətini qanunsuz olaraq əlindən almamağa çağırıb. Bundan sonra məhkəmənin qərarı olmasına baxmayaraq Rzayevlərin evi sökülüb. Hazırda ailə kirayədə yaşayır və evlərinin pulu onlara verilmir. Şirinbacı Rzayevanın oğlu İlqar Rzayev bu il mayın 11-də narkotik maddə ittihamı ilə saxlanılıb və polis onun evindən narkotik maddə tapdığını bildirib. Avqust ayında Nərimanov Rayon Məhkəməsinin “qanunsuz narkotik maddə saxlamaq” qərarı ilə Rzayevə iki il həbs cəzası verilib.
Episodes
-
Aprel 24, 2024
Çinin etnik Huey müsəlmanları ABŞ-da sığınacaq axtarır
-
Aprel 24, 2024
Blinkenin Çin səfərindən gözləntilər böyük deyil
-
Aprel 23, 2024
Sorğu: Azərbaycanda kitab satışı ilə bağlı vəziyyət necədir?