Accessibility links

Sirus Azadi: Yeni gələn güneyli mühacirlərə yardım edən qurum yoxdur [Audio]


Sirus Azadi
Sirus Azadi

Sirus Azadi Avropada güneyli mühacirlərin durumundan danışır

1993-cü ildən bəri Azərbaycan Respublikasında yaşayıb və bu yaxınlarda Norveçə mühacirət etmiş güneyli fəal Sirus Azadi Amerikanın Səsi ilə söhbətdə Azərbaycanı tərk etməsinə səbəb olan problemlər, eləcə də özü və Avropaya gedən digər mühacirlərin durumu haqqında danışıb.

please wait

No media source currently available

0:00 0:16:52 0:00
Direct link

Azadi həmçinin Azərbaycan Respublikasında ikən apardığı fəaliyyətlərini şərh edib.

Güney Azərbaycan və İranla bağlı məsələlərə həsr edilmiş Kimlik dərgisi və Türküstan qəzetin İranla bağlı bölməsində” fəaliyyət göstərdiyini qeyd edən güneyli fəal Azərbaycan Respublikasından ayrılmasının səbəbinin təhlükəsizlik problemlərlə bağlı olduğunu vurğulayır.

Güneylilərin digər bir çox millətlər və qrupların əksinə dəstəkləri yoxdur, yəni yalnız və dağınıq şəkildə işlərini və problemlərini həll etməyə çalışırlar. Onlar ancaq şəxsi vasitələr və dostlarından yardım ala bilirlər.
Sirus Azadi

“Mənim Avropaya köçmək kimi niyyətim olmamışdı. Daha öncə bir sıra konfranslar və seminarlara qatılmaq üçün Avropaya səfər edib və təkrar Azərbaycana geri dönmüşdüm, amma İrana yaxın olduğuna görə Azərbaycanda İran hakimiyyətinə qarşı siyasi fəaliyyət göstərən şəxslər İranın hədəfi olurlar,” deyə Sirus Azadi bəyan edir.

Onun dediklərinə görə, “Azərbaycanda İran İslam Respublikasının dindar fanatları vardır və İran bu vasitə ilə oradakı siyasi fəallara qarşı təhdidlər yönəldə bilir.”

20 ildən artıq Azərbaycan Respublikasında yaşamış fəal Azərbaycanda ikən təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarına müraciətinin cavabsız qaldığını deyir.

Sirus Azadi həmçinin Avropa ölkələrinə yeni gələn güneyli mühacirlərin qarşılaşdığı çətinliklərdən danışır. Onun sözlərinə görə, bir çox digər etnik qrupların əksinə Avropada güneylilərin dəstək ala biləcəyi hər hansı bir təşkilat mövcüd deyil.

“Güneylilərin digər bir çox millətlər və qrupların əksinə dəstəkləri yoxdur, yəni yalnız və dağınıq şəkildə işlərini və problemlərini həll etməyə çalışırlar. Onlar ancaq şəxsi vasitələr və dostlarından yardım ala bilirlər,” deyə, o vurğulayır.

Azərbaycanda İran İslam Respublikasının dindar fanatları vardır və İran bu vasitə ilə oradakı siyasi fəallara qarşı təhdidlər yönəldə bilir.
Sirus Azadi

Onun fikrincə, Avropada fəaliyyət göstərən güney təşkilatlarının missiyalarından biri yeni gələn mühacirlərə dəstək vermək olmalıdır.

“Ən azından yeni gələnlərə ölkə şəraiti ilə bağlı bilgi vermək istiqamətində fəaliyyətlərə çox ehtiyac var... Mən buraya gəldim və düşünmədiyim bir çox problemlər yaşadım. Təbii ki, bunları məndən öncə gələnlər də yaşamış, sonra gələnlər də yaşayacaq... Xüsusilə yaxın çevrəsi və dostları olmayanlar daha çox çətinliklərlə üzləşirlər,” deyə Sirus Azadi əlavə edir.

XS
SM
MD
LG