Accessibility links

Şirvan Milli Parkında yanğın


Yanğın 100 hektar ərazini əhatə edir

İyunun 27-də günorta saatlarında Salyan rayonunda Şirvan Milli Parkında yanğın qeydə alınıb. Yanğın tez bir zamanda sürətlə yayılaraq onlarla hektar ərazini əhatə edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatında görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası ilə birgə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helekopteri cəlb olunub.

Yanğın saat 18.00-da məhdudlaşdırılıb və hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanğının saat 14:50 radələrində başladığını bildirir.

Nazirliyin ilkin ehtimalına görə yanğın yaxınlıqdan keçən Salyan OİL şirkətinə məxsus neft daşıyan avtomobilin keçməsindən dərhal sonra baş verib və əsən külək nəticəsində geniş əraziyə yayılıb. Yanğın təbii və alaq otlarından ibarət olan 100 hektara yaxın ərazini əhatə edir.

Yanğın zamanı fauna və floraya dəymiş ziyan barədə məlumat verilmir.

Şirvan Milli Parkı 2003-cü ildə yaradılıb. Park Bakı şəhərinin Qaradağ, Səlyan və Neftçala rayonlarında 54373,5 hektar ərazini əhatə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG