Accessibility links

General Sissi: "Müsəlman Qardaşları"nın gələcəyi yoxdur


Misirin sabiq baş komandanı Əbdül Fəttah Əl-Sissi deyib ki, bu ayın sonu keçirilən prezident seçkilərində qalib gəlsə, islamçı Müsəlman Qardaşları təşkilatının Misirdə gələcəyi olmayacaq.

Bazar ertəsi müsahibəsində Sissi deyib ki, Müsəlman Qardaşları və hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi artıq heç-bir zaman Misirdə hakimiyyətə qayıtmayacaq.

Sissi misirlilərin Müsəlman qardaşlarının Misirdə mövcudluğuna son qoyduğunu deyib.

Əbdül Fəttah Əl-Sissi ötən il iyunun 30-u prezidentliyinin ilk ili cənab Mursi əleyhinə keçirilən nümayişlərə işarə edib.

Tənqidçilər onu hakimiyyəti inhisarlaşdırmaqda və Misir iqtisadiyyatını bərpa edə bilməməkdə təqsirləndirib.

O zaman ordu başçısı vəzifəsini icra edən Sissi bir neçə gün sonra cənab Mursini hakimiyyətdən devirmişdir.
XS
SM
MD
LG