Accessibility links

ABŞ və Misir radikal islam terrorizminə qarşı mübarizə səylərini gücləndirəcək


Bazar ertəsi Ağ Evdə Donald Trampla Əbdel Fəttah Əl-Sissi görüş keçirib.

Görüş zamanı prezident bildirib ki, Sissi müxtəlif vəziyyətlərdə misilsiz işlərə imza atıb. ABŞ dövlət başçısı ABŞ-ın orudusunu yüksək səviyyədə yenidən qurduğunu, İŞİD-lə mübarizə və müttəfiqlərinə yardım etdiyini bildirib.

Ağ Evə ilk səfəri zamanı Sissi Trampa unikal şəxsiyyət olduğu üçün dərin minnətdarlığını ifadə edib. Misir prezidenti Trmpa terrorizmlə mübarizədə güclü mpvqe sərgilədiyi üçün də təşəkkürünü bildirib.

ABŞ və Misirin radikal islam terrorizminə qarşı saziş əldə edib.

Görüşdən əvvəl Ağ Evin yaydığı bəyanatda bildirilir ki, təhlükəsizlik maraqlarına əsasən inkişaf etdirilən əlaqələr münasibətlərin əsas komponenti olaraq qalacaq.

Bəyanatda Misir liderinin terrorçulara qarşı kəskin siyasəti yüksək qiymətləndirilir.

“Sissi 2014-cü ildən prezident seçildiyi müddət ərzində bir sıra həssas məsələlərdə ciddi addımlar atıb” - bəyanatda deyilir.

Təhlilçilər və regional ekspertlərin Amerikanın Səsinə bildirdiyinə görə, görüş uğurla nəticələnməlidir. Belə ki, Trampın sentyabr ayında Misir lideri ilə görüşü təqdirəlayiq hesab edilmişdi.

Sissi 2013-cü ildə Müsəlman Qardaşları təşkilatının üzvü prezident seçilmiş Məhəmməd Mürsini hakimiyyətdən sonra devirdikdən bir il sonra yeni konstitusiyanın və yeni seçkilərin keçirməsinə və prezident seçilməsinə səbəb olub.

XS
SM
MD
LG