Accessibility links

Çox oturmaq ciddi xəstəliklərə, hətta ölümə səbəb olur


Biz gün ərzində çox otururuq. İstər divanda televizor qarşısında, istər kompyuter qarşısında, istərsə də maşında. Yeni araşdırmalar çox oturmağın sağlamlığa ziyanlı olduğunu göstərib.

Mişel Bakster adlı qadına baxarkən, onun əzələ və oynaqlarında xroniki ağrılar olduğunu demək olmaz. Hazirda o, işdəki masası arxasında fibromiolgiyadan istifadə edərək, ayaq üstə durmalı olur. “Ayaq üstə işləməyə başlayandan bəri özümü yaxşı hiss etməyə başlamışam, üstəlik idman da edirəm. Bu da mənim qan dövranımın yaxşı işləməsinə kömək edir,” - deyə, Mişel bildirir.

Mişel Bakster paytaxt Vaşinqtondakı Corc Vaşinqton universitetində işləyir. Onun ayaq üstə işləməyə imkan verən iş masası ona daha çox enerji və işini daha yaxşı görməsinə imkan verir. “Bu vəziyyətdə mən daha çox iş görə bilirəm. Əvəllər uzun müddət oturandan sonra çətinliklə durmaq və idmanla məşğul olmaq lazım idi. İndi isə mən işləyə-işləyə hərəkət də edirəm” - deyə, o bildirir.

Mişel gün ərzində 1200 kalori itirir. Elə bu səbəbdən dayanmaq üçün olan ofis masaları adi stulları əvəzləyir.

Digər bir araşdırma isə çox oturmağın ciddi xəstəliklərə səbəb olduğunu göstərib. Pisxoloq Amanda Visek: “ Çox oturmaq kökəlmək, diabet, ürək-damar xəstəlikləri, depressiya, gipertoniya kimi xəstəliklərə, hətta ölümə səbəb olur.”

Gənc olmasına baxmayaraq Amanda Visek oynaqlarında və belindəki ağrılardan əziyyət çəkirdi. Ona görə də o, Amanda kimi ayaqüstü masadan istifadə edir və özünü xeyli yaxşı hiss etdiyini deyir: “Günün sonunda nə qədər idman etsək də, həyat tərzimiz oturaq olduğuna görə sağlamlığımız zərər çəkir. Bununla bağlı ölçülər götürmək o üzdən mühümdür.”

Araşdırmaların nəticələri eləcə də, oturaq həyat tərzi keçirən yaşlı insanların 50 faizində əlilliklə üzləşmə riskinin olduğunu göstərib. Lakin bu, hər yaşda baş verə bilər.

Milkmen İctimai Səhiyyə İnstitutunda bu iş tərzini təşviq edir. Mərkəzdəki pillələrlə çıxmaq imkanı var. Auditoriyalarda və koridorlardakı hündür stendlər ayaq üstə durmağa imkan yaradır və müəllimlər demək olar ki, ayaq üstündə dururlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG