Accessibility links

Sivil Toplum Platforması vətəndaşları vəkilləri müdafiə etməyə çağırır [Video-Müsahibə]


Yalçın İmanov
Yalçın İmanov

Hakim müxalifət fəalını müdafiə edən vəkil Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib

Sivil Toplum Platforması vəkil Yalçın İmanova təzyiqlərlə bağlı bəyanat yayıb.

Vəkil Yalçın İmanovun peşə fəaliyyəti ilə bağlı intizam məsuliyyətinə cəlb olunması üçün Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib. Bu müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin məhkəməsində baş verib.

“Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunması tələbi onun hakimlərin və dövlət ittihamçısının verilən vəsatətlərə formal yanaşmasını söyləməsi ilə bağlıdır. Bundan əvvəl də analoji hal başqa vəkillərə qarşı baş verib. Belə ki, vəkilliyə qəbul edilməyən və ya vəkillikdən uzaqlaşdırılan İntiqam Əliyev, Qurban Məmmədov, Aslan İsmayılov, Namizəd Səfərov, Lətifə Əliyeva, Elçin Namazov, Xalid Bağırov, Əlayif Həsənov, Hidayət Süleymanov və başqa 10-dan çox vəkilin adını çəkə bilərik. Beləliklə, insan haqlarını qoruyan və peşə fəaliyyətini ləyaqətlə yerinə yetirməyə çalışan vəkillərə təzyiqlər bu gün də davam edir və artıq sistemli şəkil alıb” - bəyanatda qeyd edilir

Sivil Toplum Platforması bildirir ki, Azərbaycanda müstəqil vəkil birlikləri yoxdur, vəkillik bütünlüklə Vəkillər Kollegiyasının inhisarındadır.

AXCP sədrinin müşaviri Məmməd İbrahimin vəkili Yalçın İmanovun müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:08 0:00

“Vəkillərə basqıların, habelə, vəkillik qurumunun vəkilliyə qəbulla bağlı tətbiq etdiyi sərt qaydaların nəticəsidir ki, Azərbaycan adambaşına düşən vəkil sayına görə inkişaf etmiş Avropa ölkələrindən, hətta Cənubi Qafqaz respublikalarından da geri qalır. Azərbaycanda hər 10 min vətəndaşa bir vəkil də düşmür. Qonşu Gürcüstanda hər 10 min nəfərə 8, Ermənistanda isə 4 vəkil xidmət göstərir. İnkişaf etmiş ölkələrdə - İsraildə 10 min nəfərə 50, Türkiyədə 11, ABŞ-da isə 300 amerikalıya bir vəkil düşür”, sənəddə qeyd edilir.

Sivil Toplum Platforması vətəndaşlara müraciət edərək, onları güclü vətəndaş olmaq naminə vəkilləri dəstəkləməyə çağırır.

XS
SM
MD
LG