Accessibility links

Güneyli fəal Siyamək İraninin 3 aylıq həbs cəzasl təsdiqlənib


Siyamək İrani
Siyamək İrani

Şəbistər şəhərindən olan milli fəal Siyamək İraninin 3 ay şərti həbs cəzası Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsində təsdiq edilib.

Siamək İrani 2013-cü il fevralın 28-də Təbrizin Səhənd stadionunda Traktor- Əlcəzirə oyununda Urmiya gölü ilə bağlı plakat tutduğuna görə təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınmışdı.

Siamək İrani- Hökm sənədi
Siamək İrani- Hökm sənədi

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, güneyli fəal haqda çıxarılan məhkəmə hökmündə "Futbol matçında əlində ingilis dilində plakat tutaraq Urmiya gölünün qurumasına etiraz etmək ictimai asayişi pozmaqdır” yazılıb. Beləliklə Siyamək İrani “ictimai asayişi pozmaq” ittihamı ilə 3 il müddətində 3 ay şərti həbs cəzasına məhkum edilib.

Qeyd olunur kı, 2013-cü il fevralın 28-də Traktor- Əlcəzirə oyununda Siyamək İrani ilə bərabər bir neçə başqa milli fəal, o cümlədən Siyamək Seyfi, Musa Sudi,Cəfər Rüstəmi Rad, Məhəmməd Əli İsmailpur və Kəsra Davudi də nəzarətə alınmışdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG