Accessibility links

AŞPA sədri: Xüsusilə insan hüquqları, sərbəst toplaşmaq, söz azadlığı sahələrində problemlər mövcuddur [Video]


AAŞPA sədri :Xüsusilə insan hüquqları,sərbəst toplaşmaq hüquqları,söz azadlığı sahələrində problemlər mövcuddur
please wait

No media source currently available

0:00 0:05:09 0:00

AŞPA sədri Ann Brassor

Brassor Azərbaycanın ərazi bütövlüyünə AŞPA qətnamələrdə əvvəllər ifadə edilmiş dəstəyi təsdiq edib

AŞPA sədri Ann Brassor bu gün keçirdiyi mətbuat konfransında Azərbaycandakı mövcud ictimai-siyasi duruma dair fikirlərini bölüşüb.

AŞPA sədri bildirib ki, insan hüquqları, sərbəst toplaşmaq hüquqları, söz azadlığı sahələrində problemlər mövcuddur.

Onun sözlərinə görə Azərbaycanın hüquq müdafiəçilərinin ona təqdim etdiyi siyasi məhbuslar siyahısını ölkə rəhbərliyinə təqdim edib.

“Biz prezident İlham Əliyevə və parlamentin spikeri Oqtay Əsədova siyahını təqdim etdik. Bu siyahıda azad edilməsini istədiyimiz şəxslərin adları var,” Brassor bildirib.

O, hüquq müdafiəçilərinin vahid siyahını razılaşdıra bilməsindən məmnunluğunu ifadə edib.

Brassor bildirib ki, hələ bir neçə həftə əvvəl o, ReAl Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovla görüşmək imkanı verilməsi xahişi ilə Azərbaycan hakimiyyətinə müraciət edib.

O qeyd edib ki, hələlik ona icazə verilməyib. Bununla belə, Brassor əlavə edib ki, Məmmədov azad edilməsə, o, bir daha Azərbaycana gələcək.

Brassor həmçinin qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun işi üzrə qərar qəbul edib.

O, Məmmədovun azadlığa çıxacağına ümid etdiyini bildirib.

Səfərinin məqsədləri haqqında danışan Brassor qeyd edib ki, missiya Bakıda AŞPA Bürosunn və Daimi Komitəsinin iclaslarında iştirakla bağlıdır.

Bu tədbirlər Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar Bakıda keçirilib.

O, Azərbaycanın AŞ konvensiyalarının əksəriyyətini təsdiq etməsini alqışlayıb.

Brassor Azərbaycanın ərazi bütövlüyünə AŞPA qətnamələrində əvvəllər ifadə edilmiş dəstəyi təsdiq edib.

“Təşkilatımızın üzvü olan dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi bizim dəyərimizdir”, Brasser bildirib.

Bununla belə, Brasser Azərbaycanda insan hüquqları, toplaşmaq və ifadə azadlıqları sahəsində problemlər olduğunu qeyd edib.

Bununla əlaqədar olaraq o, ölkənin AŞ qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün daha böyük işlər görülməsinə ehtiyac olduğunu vurğulayıb.

O, həmçinin AŞPA vitse-prezidentinin, Fransa nümayəndə heyətinin rəhbəri Rene Rukenin vizasının geri alınmasını tənqidə məruz qoyaraq, bunu AŞPA üzvlərinin assambleya tədbirlərində iştirakı üçün sərbəst yerdəyişməsi haqqında Paris Protokolunun pozuntusu adlandırıb.

Bu qərar Rukenin Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri ilə əlaqədar qəbul edilib.
XS
SM
MD
LG