Accessibility links

Beynəlxalq Bank çoxsaylı insanlara 10 milyon dollarla kredit müqaviləsi imzaladıb, pul verməyib


Bu kreditlərin miqdarı 10 milyonlarla dollardır

Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Fəxrdəddin Mehdiyev Beynəlxalq Bankın layihələri ilə bağlı girov sazişlərinin bankdan alınaraq məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.

Belə ki,vəkil bildirib ki, Beynəlxalq Banka qarşı 2008-2014-cü illərdə Vergilər Nazirliyində cinayət işi açılıb. Yoxlamalardan sonra cinayət işinə xitam verilib.

“Bu işin açarı həmin qərardan aslıdır. Cinayət işində kreditlərin xərclənməsinə və digər işlərə hüquqi qiymət verilib. Həmin xitam qərarının Baş Prokurorluqdan alınaraq cinayət işinə əlavə edilməsini xahiş edirik”, Mehdiyev qeyd edib.

O, Beynəlxalq Bankın illik maliyyə hesabatlarına dair məlumatların internet resurslarından çıxarıldığını, 2013-2015-ci illərə aid illik maliyyə hesabatlarını, həmçinin beynəlxalq audit təşkilatlarının həmin illlər üçün verdikləri rəylərinin alınaraq məhkəməyə təqdim edilməsini istəyib.

Vəkil Beynəlxalq Bankla “Aqrarkredit” QSC arasında imzalanmış sənədlərin məhkəməyə təqdim edilməsi barədə də vəsatət qaldırıb.

Hakim vəsatətləri baxılmamış saxlayıb və şahidlərin dinidirilməsi başa çatandan sonra müzakirə ediləcəyini bildirib.

Şahid Zahid Bağırov “İntertekstil”də işlədiyini, rəhbərlikdən ona baş ofisə gedərək sənədlərə qol çəkmək tapışırıldığını deyib.

“Orada cəmi 6 ay işləmişəm, 250 manat məvacib alırdım. Xəstə olduğuma görə işdən çıxdım, ürəkkeçməm vardı. Heç bir şeydən xəbərim olmayıb”.

Prokuror Zahid Bağırovun adına 15 milyon dollar pul yazıldığnı şahidin dqqətinə çatdırıb. Şahid deyib ki, kənddən gəlib Bakıda atasının yanında fəhlə işləyirmiş,

“Xəstə olduğuma görə çox işləyə bilmədim. Adıma olan pulun məbləğindən xəbərim olmayıb. Dedilər qol çək, mən də çəkdim”, o qeyd edib.

Şahid rəhbərliyin kimliyi ilə bağlı deyib ki, “kim olduğunu dəqiq bilmirəm. Dünyamin Xəlilovun adını çəkirdilər. Qol çəkməklə bağlı tapşırığı isə şirkətin müdiri Şakir Xəlilov verib”.

Azad Cavadovun bacanağı Samir Əliyev də ifadəsində deyib ki, “Azad Cavadov sənədlərin imzalanması üçün banka getməyimi bildirdi, zavod üçün kredit götürüləcəkdi. Məbləğ 780 min 700 manat idi”.

Dövlət ittihamçısı həmin kredit üzrə 708 min əsas, 92 min isə borc faizi olduğunu şahidin diqqətinə çatdırıb.

Azad Cavadovun dostu Emil Nəbiyev də deyib ki, Azad Cavadovun tapşırığı ilə adına 790 min kredit götürülüb

Dövlət ittihamçısı bu kreditin Lənkəranda istirahət mərkəzinin tikilməsi məqsədi ilə götürüldüyünü deyib. Şahid isə kreditin təyinatından xəbərsiz olduğunu bildirib.

Azad Cavadovun dostu Rasim Mehdiyev şahid ifadəsində Bakı Fındıq Emalı Zavodunun maliyyə problemlərinin həlli üçün 750 min manat məbləğində olan kreditə qol çəkdiyini bildirib:

“Azad həbsdən çıxandan sonra bizi yığıb dedi ki, zavodun maliyyə problemləri var. Beynəlxalq Bankın Sabunçu filialına gedib qol çəkərsiniz, sizlik heç nə yoxdur. Biz də qol çəkdik”.

Prokuror həmin kreditin Qubanın Qəçrəş kəndində istirahət zonasının tikilməsi məqsədi ilə götürüldüyünü deyib. Dövlət ittihamçısı şahidə banka 677 min borcu olduğunu bildirib.

Daha sonra prosesdə Azad Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova ifadə verib. O, A.Cavadovun 2011-ci ildə ona Beynəlxalq Bankın “Nərimanov” filialında sənədlərə qol çəkməsini xahiş etdiyini bildirib.

“Kreditin məbləği 750 min manat idi. Həmin kreditlə bağlı bankdan mənə heç vaxt zəng edilməyib”.

Dövlət ittihamçısı şahidə 677 min əsas borc, 88 min isə fazi borcu qaldığını xatırladıb.

“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov 2014-cü ildə şirkətin mühafizəçilərinin ona yaxınlaşaraq kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər. Onlar Ş.Məmmədova deyiblər ki, banklardan kredit götürmək istəyərkən öz adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. O da bu barədə İbrahim Hüseynova məlumat verdiyini deyib.

Şirkətin digər direktor müavini Valid Abdullayev ifadəsində mühafizəçilərin onun tərəfindən banklara yönləndirildiyini təsdiqləyib və bunu şirkətin direktoru İbrahim Hüseynovun göstərişi ilə etdiyini bildirib.

Şirkətin əməkdaşları Zaur Hüseynov, Şaiq Mahmudov, Xaqani Axundov, Anar Babayev, Rasim Hacıyev, Müşviq Mahmudov da rəhbərliyin tapşırığına əsasən kredit müqavilələrinə imza atdıqlarını və bunun qarşılığında pul almadıqlarını deyiblər.

Şahid qismində dindirilən Nəbiyev sənədlərə qol çəkib, amma bunun kredit müqaviləsi olduğundan xəbərsiz olduğunu deyib.

“Öz adıma 4 min manat kredit götürmək istəyən zaman bankdan dedilər ki, sənin adına 1 milyon 250 min manat kredit var”.

Fasilədən sonra prosesdə Beynəlxalq Bankın “Nərimanov” filialının baş xəzinədarı İradə Cəfərova ifadə verib.

O, ifadəsində bildirib ki, şirkət əməkdaşları kredit sənədlərinə imza atırdı, pulları da Baş İdarədən – Beynəlxalq Bankdan götürüb verirdik.

Məhkəmə prosesi sentyabrın 2-də davam etdiriləcək.

XS
SM
MD
LG