Accessibility links

Amos Hokştayn: ABŞ Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində səylərini davam etdirəcək [Video]


ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi mətbuat konfransı keirib

"Biz bundan əvvəl Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəklədiyimiz, layihənin əhəmiyyətini anladığımız kimi, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasını da dəstəkləməkdə davam edəcəyik".

Bu barədə Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn mətbuat konfransında deyib.

Amos Hokştayn : ABŞ Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində səylərini davam etdirəcək
please wait

No media source currently available

0:00 0:04:43 0:00

Onun sözlərinə görə, Avropada, xüsusilə də ABŞ-da siyasi dəyişikliklərə baxmayaraq, rəsmi Vaşinqton "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsini dəstəkləməkdə davam edəcək.

“ABŞ "Cənub Qaz Dəhlizi"nin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. ABŞ bu layihəni BTC qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür".

A. Hokştayn bildirib ki, dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür.

“Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər”.

O bildirib ki, istənilən ölkə bazara daxil olarkən təchizatçını sərbəst seçməli, qiymət amili əsasında qərar verə bilməlidir.

"Nə ABŞ, nə də digər dövlətlər düşünür ki, Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz. Lakin istəmirik ki, təchizatçı ölkə bazara daxil olarkən bazar qaydalarını pozsun və monopolist siyasət həyata keçirsin. Biz arzu edirik ki, Xəzər dənizinin ehtiyatları Avropa bazarına çıxa bilsin. Əminik ki, bu, baş verəcək", o qeyd edib.

Cənab Hokştaynın fikrincə, Azərbaycandan tutmuş Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyaya qədər bir çox ölkələri əhatə edən "Cənub Qaz Dəhlizi" kimi iri layihə müxtəlif siyasi və geosiyasi problemlərlə qarşılaşa bilər.

"Bundan əvvəl biz bu problemləri birlikdə həll etdik və gələcəkdə də birgə işləyəcəyik".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Avropanın siyasi və enerji təhlükəsizliyində, həmçinin Avropaya enerji axınının şaxələndirilməsində vacib rol oynayır.

"Bizim üçün artıq mövcud layihələr prioritetdir, lakin "Türk axını" layihəsi ilə bağlı hadisələrin inkişafını da izləyirik. Hansı layihənin - "Cənub axını" və ya "Türk axını"nın olması vacib deyil. Vacib olan Avropanın enerji təhlükəsizliyini təmin etməkdir".

A.Hokstayn əlavə edib ki, istənilən halda boru kəmərləri hər hansı ölkəyə qarşı silah qismində və ya təzyiq vasitəsi kimi istifadə olunmamalıdır.

Daha sonra ABŞ rəsmisi jurnalistlərin suallarını cavablandırıb.

Trans-Xəzər layihəsi ilə bağlı Amerikanın səsinin sualının cavabında cənab Amos Hokstayn deyib.

"Xəzər ətrafında yerləşən ölkələr arasında müəyyən razılaşmalar ola bilər. Bu razılaşmalar əsasında neft və neft məhsullarının Avropaya çatdırılması mümkündür. Bu layihənin icrası qonşu ölkələrin razılaşmasından asılıdır. Bizim üçün prioritet mövcud layihələrdir", o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG