Accessibility links

İqbal Ağazadə: Seçki qanun pozuntusu şəraitində keçdi [Audio-müsahibə]


90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkilər keçirilib

İynun 19-da 90 saylı Ağdaş seçki dairəsində keçirilən təkrar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi Cavid Osmanov liderlik edir. Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatına görə, seçkilərdə iştirak edən seçicilərin 85,56%-i ona səs verib. Ümid Partiyasının lideri İqbal Ağazadə 7,84% səslə ikinci yerdədir.

Ceyhun Osmanov YAP-ın Ağdaş rayon təşkilatının sədridir.

Lakin İqbal Ağazadə Amerikanın Səsinə müsahibəsində seçkilərin qanun pozuntusu şəraitində keçdiyini bildirib.

Ümid Partiasının sədri İqbal Ağazadənin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:02 0:00

“Seçkilərdə qanun pozuntuları ilə bağlı əlimizdə kifayət qədər faktlar var. O faktlarla bağlı Mərkəzi Sçeki Komissiyasına və sonra digər instansiyalara şikayətlər verəcəyik”, o qeyd edib.

Ağazadənin sözlərinə görə, əsas seçki pozuntuları imzatoplama mərhələsindən başlayıb.

“Mənə imza verən seçicilərə təzyiqlər edilməsi, həmin şəxslərin siyahının qeyri-qanuni əldə edilməsi, təbliğat dönəmində, bələdiyyə, icra qurumlarının müdaxiləsi, bunlarla bağlı MSK-ya, polis və prokurorluq orqanların müraciətlərimiz əlimizdə olan ciddi faktlardır. O cümlədən də seçki günü dairə seçki komissiyasının müşahidəçilərimizə müşahidəçi vəsiqəsini qeyri-qanuni olaraq verməməsi, 100-ə qədər müşahidəçimizin kənarda saxlanılması, MSK-nin buna rəvac verməsi, bunlar seçkilərin nəticələrini şübhə altına alan amillərdir. Seçki günü müşahidəçilərimizin böyük əksəriyyətinə təzyiqlər, seçki məntəqələrindən çıxarılması, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin öz vəzifələrini yüerinə yetirməsinə imkan verilməməsi, o cümlədən məntəqədən kənarda bələdiyyə və icra nümayəndələrinin seçiciləri yönəltməsi ciddi qanun pozuntularıdır. Bunların bir çoxu barədə video çəkilişlərimiz də var”.

Ümid Partiasının sədri hesab edir ki, beynəlxalq müşahidəçilərin seçkiləri müşahidəsinin seçki prosesinə hər hansı ciddi təsiri olmayıb.

“Onların hərəkət trayektoriyası bəlli idi. Hansı məntəqədə olurdular, çalışırdılar orada sakitlik olsun. Bizim səlahiyyətli nümayəndələr qanun pozuntuları ilə bağlı beynəlxalq müşahidəçilərə də məlumat verib. Məsələn, 33 saylı məntəqədə bizim səlahiyyətli nümayəndə Təbriz Dadaşovu məntəqə komissiyasından çıxarmışdılar, məntəqəyə daxil ola bilmirdi, beynəlxalq müşahidəçilərin müdaxiləsi nəticəsində o məntəqəyə qayıda bilib”, o qeyd edib.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyası seçkilər zamanı qanun pozuntusunun olması ilə bağlı hələ hər hansı məlumat yaymayıb.

90 saylı dairədən həmçinin 5 bitərəf öz namizədliyini irəli sürüb.

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 1 noyabr 2015-ci il parlament seçkilərinin nəticələrinin ləğvilə əlaqədar təyin edilib. Seçkilərdə AGBank-ın rəhbəri Çingiz Əsədullayev qalib gəlib, lakin səsvermə zamanı pozuntular olduğundan nəticələr ləğv edilib.

XS
SM
MD
LG