Accessibility links

Azərbaycan-İran arasında 6 sənəd imzalanıb


Azərbaycan-İran sənədləri imzalanıb

Azərbaycan-İran sənədləri imzalanıb

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri şərçivəsində ik ölkə arasında 6 sənəd imzalanıb.

AzəTAC-in məlumatına görə, sənədlərin sırasında iki ölkə hökumətləri arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında niyyət protokolu; bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında saziş var.

Bundan əlavə, iki ölkənin Rabitə nazirlikləri arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu; Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində anlaşma Memorandumu imzalanıb.

Daha sonra AzərbaycanMədəniyyət və Turizm Nazirliyi ilə İranın Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində icra proqramı (2016-2019) imzalanıb.

Sonuncu sənəd iki ölkənin Mərkəzi bankları arasında imzalanan anlaşma memorandudur.



XS
SM
MD
LG