Accessibility links

Rusiya XİN: Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda vacib strateji tərəfdaşıdır


İlham Əliyev və Sergey Lavrov

İlham Əliyev və Sergey Lavrov

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana işgüzar səfərə gələcək. Qarşıdakı danışıqları Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafının davamı kontekstində nəzərdən keçiririk".

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) qarşıdakı səfərlə bağlı şərhində deyilir.

XİN qeyd edir ki, Bakıda keçiriləcək görüşlərdə ikitərəli gündəliyin aktual məsələləri müzakirə olunacaq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların irəliləyişi istiqamətində fikir mübadiləsi aparılacaq.

Rusiya XİN-dən bildiriblər ki, Rusiya Bakı ilə əlaqələri hüquq bərabərliyi, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında qurur.

"Humanitar sahədə ənənəvi əlaqələrin genişləndirilməsinə, Azərbaycan və Rusiya xalqları arasında tarixən yaranmış sıx mənəvi ünsiyyətin inkişafına böyük önəm veririk".

“Ümumilikdə ticari-iqtisadi əlaqələrimiz də yaxşı inkişaf edir. İki ölkənin biznes nümayəndələri arasında dialoqun aktivləşməsindən və bu ilin payızında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının nəticələrindən əlavə müsbət impulslar gözləyirik”, nazirliyin şərhində qeyd edilir.

XS
SM
MD
LG