Accessibility links

Mitinqdən sonra polis aksiyaçıları və jurnalistləri saxlayıb [Video] (Yenilənib-1)


Milli Şura növbəti mitinqini keçirir

Milli Şura növbəti mitinqini keçirir

Onların arasında Turan İnformasiya Agentliyniin müxbiri Fərid Qəhrəmanov da var

Mitinqi işıqlandıran jurnalistlər buraxılıblar. Amma, saxlanan aksiya iştirakçılarının dəqiq sayı və saxlanma səbəbləri ilə bağlı rəsmi orqanlar hələ məlumat yaymayıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, hazırda saxlanan aksiya iştirakçılarının sayını və saxlanma səbəblərini dəqiqləşdirirlər.

"Onu deyə bilərəm ki, mitinqdən əvvəl ölkənin əksər rayonlarında 80-dən çox fəal saxlanıb. İnsanların mitinqə gəlməsinin qarşısını almaq üçün avtomobil yollarında yoxlamalar aparılıb. Bir çox hallarda insanlar avtomobillərdən düşürdülüb, Bakıya gəlməsinə imkan verilməyib. Sumqayıt-Bakı yolunda təmir adı ilə tıxac yaradılıb", o qeyd edib.

Bayramlı mitinqdən sonra azı ondan çox fəalın saxlandığını bildirib.

"Amma, saxlanılanlar daha çoxdur. Hazırda dəqiqləşdirmə aparırıq", AXCP saədrinin müavini bildirib.

***

Bu gün Bakıda keçirilən Milli Şuranın mitinqi başa çatandan sonra polis onlarla aksiya iştirakçısını saxlayıb.

Amerikanın Səsinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saxlananlar arasında bir neçə jurnalist də var.

Turan İnformasiya Agentliyniin müxbiri Fərid Qəhrəmanovla yanaşı, müstəqil jurnalistlər İslam Şıxəli və Orxan Rüstəmzadənin polis tərəfindən saxlandığı bildirilir.

Polislər jurnalistləri müdafiə edən həmkarları, mitinq iştirakçılarını hadisə yerindən uzaqlaşdırıblar. Saxlanılan jurnalistlərlə hələlik əlaqə saxlamaq mümkün olmayıb.

XS
SM
MD
LG