Accessibility links

Məhkəmə REAL-çı gənclərə 7 sutka həbs verdi [Yenilənib] [Video]


Həbs edilənlər REAL-ın Referendumla bağlı səlahiyyətli nümayəndələridir

Avqustun 16-da REAL Hərəkatının gənc üzvi Elşən Qasımov da 7 sutka inzibati həbs cəzası alıb.

Hər iki gənc İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi- polisə tabe olmamaqda ittiham olunub.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, nəşriyyatın işçisi Bəhruz Hümbətov da eyni ittihamla 7 sutka inzibati qaydada həbs edilib.

Vəkilin sözlərinə görə, REAL fəalları "Konstitusiyaya dəyişikliklərə yox deyirik!" posterini yaydığına görə həbs edilib. "Protokola imza etdirilən zaman gənc fəallara təzyiqlər olub"-o bildirib.

***

Bakının Səbael rayon Məhkəməsi REAL Hərəkatının üzvləri- Toğrul İsmayılov və Elşən Qasımovun inzibati qaydada məhkəməsi keçirilir.

Bu barədə Amerikanın Səsinə REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı məlumat verib.

Onun sözlərinə görə REAL hərəkatının 7 sutka inzibati həbs cəzası alan üzvü Toğrul İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunub. Söhbət polisə tabe olmamaqdan gedir. Məhkəmə prosesinə hakim Rauf Əhmədov sədrlik edib.

Hərəkatın digər saxlanan üzvü Elşən Qasımovun isə bu saatlarda məhkəməsi gözlənilir.

Məhkəmə prosesinə hakim Rauf Əhmədov sədrlik edeib. Bu barədə Amerikanın Səsinə REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı məlumat verib.

REAL Hərəkatı bildirir ki, dünən axşam Referendumla bağlı yaradılmış və ilkin qeydiyyatdan keçmiş Respublikaçı Alternativ Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi REAL-ın Səbail-Nəsimi Məclisinin sədri Toğrul İsmayıl və Təşəbbüs Qrupunun və REAL-ın Yasamal Məclisinin sədr müavini Elşən Qasımov mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Avqustun 12-si gecə saatlarında Nəsimi Rayon Məhkəməsi REAL Hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs-qətimkan tədbiri seçib. Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Natiq Cəfərli və REAL ittihamları qəbul etmir və siyasi sifariş kimi qiymətləndirir. Natiq Cəfərlinin həbsindən apelyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsi şikayətə avqustun 17-də baxacaq.

XS
SM
MD
LG