Accessibility links

Leyla və Arif Yunuslar Hollandiyada


Fotoda Leyla Ynuus, Arif Yunus və qızı Dinara Yunus

Fotoda Leyla Ynuus, Arif Yunus və qızı Dinara Yunus

"Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandırılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar".

Bu barədə vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb.

Vəkil onu da qeyd edib ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək.

Hollandiyanın Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, Yunuslar artıq bu səhər Azərbaycanı tərk ediblər. Onlar müalicə üçün Hollandiyaya gediblər.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs olunub. 2015-ci ildə əmlakları müsadirə olunmaqla 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həbsdən sonra Apellyasiya Məhkəməsi A.Yunusun, sonra isə L.Yunusun barəsində hökmü beş il müddətinə “şərti” cəza ilə əvəzləyib.

XS
SM
MD
LG