Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici İşlər nazirləri yenidən görüşəcək


Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları

Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları

Görüş Türkiyənin Trabzon şəhərində 2012-ci il iyunun 8-də qəbul olunan bəyannamə əsasında keçirilir

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü çərçivəsində Gürcüstanın xarici işlər naziri Maya Pancikidze fevralın 19-da Bakıya səfər edəcək.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriliblər.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da fevralın 19-da Bakıya səfərə gələcək.

Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunacağı iclas Gəncədə keçiriləcək.

Bu, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN rəhbərlərinin üçüncü görüşü olacaq. Nazirlərin ikinci görüşü 2013-cü il martın 13-də Batumidə keçirilib.

Görüş Türkiyənin Trabzon şəhərində 2012-ci il iyunun 8-də qəbul olunan bəyannamə əsasında keçirilir.

Bəyannamə Gürcüstanın, Türkiyənin və Azərbaycanın qarşılıqlı əməkdaşlığının iqtisadiyyat, energetika, infrastruktur, nəqliyyat, mədəniyyət və humanitar sahələr kimi ən əhəmiyyətli istiqamətlərini əks etdirir.
XS
SM
MD
LG