Accessibility links

Zakir Həsənov İrana rəsmi səfər edəcək


Müdafiə naziri Zakir Həsənov

Müdafiə naziri Zakir Həsənov

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək

Dövlət başçısı İlham Əliyevin İrana səfərindən sonra Müdafiə naziri Zakir Qaralov da ikigünlük İrana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə Zakir Həsənov İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanın dəvətilə gedir.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılıb.
XS
SM
MD
LG