Accessibility links

Onlar Bakıdan sonra Kiyev və Yerevana gedəcəklər

ABŞ Konqresinin Xarici İşlər Komitəsinin sədri Ed Roysun rəhbərlik etdiyi nümayəndə heyəti həftəsonu Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Eliot Engel, Luis Frankel və Devid Sisilinin də daxil olduğu nümayəndə heyəti Azərbaycan hökumətinin üzvləri, həmçinin vətəndaş cəmiyyətinin fəalları ilə görüşəcəklər.

Bakı səfərindən sonra qonaqlar Kiyev və Yerevana gedəcəklər.
XS
SM
MD
LG