Accessibility links

İspaniya Azərbaycanda daimi nümayəndəlik açacaq


İspaniya və Azərbaycan bayraqları

İspaniya və Azərbaycan bayraqları

İki ölkə arasında siyasi münasibətlər üzrə memorandum imzalanması nəzərdə tutulub

Azərbaycan və İspaniya Krallığı arasında “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya imzalanıb.

Bu imzalanma İspaniya xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Aprelin 23-də AQzərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İspaniyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında İspanıyalı nazir Xose Manuel Qarsiya-Marqalyo bildirib ki, İspaniya Azərbaycanla siyasi dialoqu və əməkdaşlığı möhkəmləndirməyə hazırdır.

İspaniyalı nazir Azərbaycanın regionda vacib ölkə olduğunu bildirib.

İspaniya Azərbaycanla əməkdaşlığa marağı nəzərə alaraq Bakıda nümayəndəlik açır.

İspaniyalı nazirin sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri, beynəlxalq məsələlər müzakirə olunub.

“İspaniya Azərbaycanla siyasi münasibətlər üzrə memorandum imzalamaq fikrindədir", o qeyd edib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo bildirib ki, memorandumun Azərbaycan prezidentinin İspaniyaya səfəri zamanı imzalanması gözlənilir.

İspaniyalı nazir onu da bildirib ki, ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılmasına dair razılıq da var.

Öz növbəsində E.Məmmədyarov deyib ki, İspaniya ilə Azərbaycan arasında münasibətlər elə də lazımi səviyyədə deyil, amma onların inkişafı üçün perspektivlər var.

Bununla yanaşı o qeyd edib ki, siyasi münasibətlər yaxşı səviyyədədir, İspaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləyib.
XS
SM
MD
LG