Accessibility links

Fransa prezidenti müxalifət liderləri, Leyla Yunus və media təmsilçiləri ilə görüşüb [Video]


Fransa prezidenti Leyla Yunusla görüşüb
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Fransa səfirliyi

Görüşdə Azərbaycan vətəndaş cəmiyyətinin avrointeqrasiyaya və demokratiyaya can atdığı ifadə olunub

Fransa prezidenti Fransua Oland Azərbaycana rəsmi səfəri çərçivəsində mayın 12-də müxalifət liderləri, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri ilə görüşüb.

Görüşdə “Respublikaçı Alternativ” (ReAl) Vətəndaş Hərəkatının həmtəsisçisi Erkin Qədirli, Müsavat Partiyasının sədri İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılova, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak edib.

Fransa prezidentinə Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti, o cümlədən vətəndaşların hüquqlarının, ifadə və toplaşmaq azadlıqlarının pozulması, seçkilərin saxtalaşdırılması, siyasi motivlərlə təqiblər, korrupsiya halları haqqında məlumat verilib. Ölkədə siyasi məhbusların sayının artmasına xüsusi diqqət yetirilib.

Görüşdə Azərbaycan vətəndaş cəmiyyətinin avrointeqrasiyaya və demokratiyaya can atdığı ifadə olunub. Vətəndaş cəmiyyəti nümayəndələri Fransanı Azərbaycandakı vəziyyətə daha çox diqqət yetirməyə, siyasi və iqtisadi islahatlar həyata keçirilməsində köməklik göstərməyə çağırıb.

Öz növbəsində, Fransa prezidenti qeyd edib ki, sözügedən məsələlər həmişə Fransanın diqqət mərkəzindədir və ölkə Azərbaycanda demokratiya dəyərlərinin irəli çəkilməsi, ölkənin Avropa İttifaqı ilə yaxınlaşması üçün əlindən gələni edir.

Xüsusən, Fransa Azərbaycanda qarşıda duran bələdiyyə seçkilərini diqqətlə izləyəcək və seçki qanunvericiliyinin demokratikləşdiriləcəyini gözləyir.

Prezident həmçinin qeyd edib ki, bu görüşdə səslənən ideyalar və səfər özü Azərbaycanın güclü demokratik dövlət kimi inkişafına xidmət edəcək.
XS
SM
MD
LG