Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti bəyanatı


ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk qrupunun həmsədrləri

Həmsədrlər Bakı və Yerevanda rəsmi şəxslərlə, eləcə də Dağlıq Qarabağ, Laçın və Kəlbəcərin faktiki yerli rəhbərləri ilə görüşlər keçiriblər

ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 16-19-da regiona etdikləri səfərə dair açıqlama yayıblar.

Səfəri Rusiyadan İqor Popov, Fransadan Jak For, ABŞ-dan Ceyms Uorlik, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik həyata keçirib.

Onlara iyundan Minsk qrupunda həmsədrliyə başlayacaq səfir, yeni fransalı həmsədr Pyer Andrie də qoşulub.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərində məqsəd onların mandatına uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin icmalı olub.

Bu rayonlara baş çəkdikdən sonra həmsədrlər yerli infrastrukturun yaxşılaşdığını görüblər, lakin əhalinin sayının artmasını müşahidə etməyiblər.

Həmsədrlər Sərsəng su anbarına da gedərək onun statusunu və fəaliyyətini müzakirə ediblər.

Onlar tərəflərin su anbarından bölgənin xeyrinə birgə istifadəsi barədə razılıq əldə olunacağına ümid etdiklərini bildiriblər.

Mayın 19-da həmsədrlər Tərtər yaxınlığında təmas xəttini keçiblər və atəşkəs rejiminin pozulmasından təəssüfləndiklərini söyləyiblər.

Diplomatların fikrincə, atəşkəs pozuntularının araşdırılması mexanizminin olmaması tərəflərin bir-birini ittiham etməsinə əsas yaradır.

Səfər zamanı həmsədrlər Bakı və Yerevanda rəsmi şəxslərlə, eləcə də Dağlıq Qarabağ, Laçın və Kəlbəcərin faktiki yerli rəhbərləri ilə görüşlər keçiriblər.

Onlar Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər.

Görüş zamanı sülh prosesinin elementləri müzakirə olunaraq qeyd edilib ki, bu elementlər həmsədr ölkə rəhbərlərinin 2009 və 2013-cü illərdə verdikləri birgə bəyanatlarda əksini tapıb.
XS
SM
MD
LG