Accessibility links

AŞPA sədri Azərbaycanı azadlıqlarla bağlı problemlərin təcili həllinə çağırıb


Milli Məclis
Milli Məclis

Daimi Komitənin iclası Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutur

Bu gün Azərbaycan Milli Məclisində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası başlayıb.
AŞPA sədri, Anna Brassor
AŞPA sədri, Anna Brassor
İclasda AŞPA prezidenti Anna Brassör, AŞ-nin baş katibi Tyorbörn Yagland, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, AŞPA Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edir.

Daimi Komitənin iclası Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutub.

İclasda miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları, Milli İnsan Hüquqları institutları ilə parlamentlər arasında bərabərlik və qeyri-ayrıseçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi məsələləri müzakirə edilir.

Iclası AŞPA prezidenti Anna Brassör açaraq Azərbaycanı AŞPA Nazirlər Komitəsinin sədr seçilməsi münasibəti ilə təbrik edib.

O, açılış nitqində Azərbaycan hökümətini ifadə azadlığı, sərbəst toplaşmaq və söz azadlığı ilə bağlı problemlərin "təcili şəkildə həllinə" çağırıb.

Daha sonra Ukraynadakı vəziyyətə toxunub, deyib ki, ərazi bütövlüyü bizim üçün prioritetdir: “Bu, təkcə Ukrayna məsələsində deyil, Azərbaycanın ərazi bütövlüyü də bura aiddir. Biz bütün üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik. Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv olanda öz üzərilərinə öhdəlik götürüblər və buna əmin etməlidirlər. Sizi əmin edirəm ki, biz sizə dəstək verəcəyik və siz bizə əmin ola bilərsiniz. Biz insan hüquqları və qanunun aliliyi çərçivəsində öz fəaliyyətimizi davam etdiririk. İslahatları gücləndirmək lazımdır.

Biz hesabatlara baxanda görürük ki, vəziyyət pisləşməkdədir. Məlumat alırıq ki, bloqqerlər həbs edilir, onlara təzyiqlər olunur. Biz hesab edir ki, üzv dövlətlərdə bu hallar olmamalıdır".

Xanım Brassör bildirib ki, o, problemləri cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə qaldırıb.

“Dünən mən prezident İlham Əliyevlə görüşdüm, dedim ki, İlqar Məmmədov və daha bir neçə nəfəri görmək istəyirəm. Dedi, siz onları yaxın günlərdə görə bilərsiniz. Mən də ümid edirəm ki, belə bir görüş olacaq. Problemlərə məhəl qoyulmayanda onlar həll olunmur. Bunu təkidlə deyirəm ki, biz problemləri birgə həll etməliyik”

O sonda qeyd edib ki, iclasda iştirak etməli olan bir nümayəndənin vizasının ləğv olunması onları ciddi narahat edir. "Ötən gün büro qərar qəbul edib ki, iki il ərzində Azərbaycanda büro iclası keçirilməsin. Biz öz qaydalarımıza ciddi əməl edirik. Buna çox təəssüf edirəm, amma bu belə olmalı idi".

Daha sona Azərbaycan parlamentinin sədri Oqtay Əsədov çıxış edib. O AŞPA sədrinin çıxışına etirazını bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə prioritetlərini açıqlayıb.
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi davam edir
​Xarici işlər naziri qeyd edib ki, Azərbaycan sədrliyi dövründə insan hüquqları, təhsil məsələlərinə xüsusi önəm verəcək.

Azərbaycandabu il ərzində keçiriləcək tədbirlərdən söz açan Elmar Məmmədyarov deyib ki, mədəniyyətlərarası dialoqa xüsusi önəm veriləcək. “Fikir müxtəlifliyi çox önəmlidir, biz bir-birimizi dinləməyi bacarmalıyıq. Mən AŞPA üzvlərini Azərbaycanda keçirilən tədbirlərdə iştiraka dəvət edirəm”.

Azərbaycanın xarici işlər naziri parlamentarların suallarını da cavablandırıb.

Deputatlardan biri İranda çox sayda etnik azərbaycanlıların olduğunu deyib və nazirdən soruşub ki, Azərbaycan İranla əlaqələrinin yaxşılaşdırılması ilə bağlı hansı addımlar atır?

Elmar Məmmədyarov cavabda "çox vacib sualdır. Biz İranla qonşuyuq. Çox düz dediniz ki, İranda çox böyük sayda azərbaycanlı yaşayır. Onların sayı bizdə yaşayan əhalidən 3 dəfə çoxdur. Prezidentin İrana səfəri zamanı iki ölkə arasında əməkdaşlıqla bağlı müəyyən danışıqlar aparılıb".

Daha sonra İrlandiyalı deputat Azərbaycanda siyasi məhbus üzrə qətnamə təklifi hazırlamış Maykl Maknamara soruşub. "Cənab nazir, Amnesty İnternational təşkilatının siyahısında qeyd edilir ki, Azərbaycanda 18 vicdan məhbusu var. Onlardan biri də İlqar Məmmədovdur. Amnesty İnternational-ın siyahısında olan 18 vicdan məhbusu nə vaxt azad olunacaq?"

Elmar Məmmədyarov 18 vicdan məhbusu ilə bağlı məsələyə geniş cavab verməyib. O, yalnız İlqar Məmmədovla bağlı məsələyə toxunub. "Hesab edirəm ki, İlqar Məmmədovla bağlı məsələlər hüquq müstəvisində həllini tapacaq. Mən indi bu barədə nə isə desəm bu, məhkəmənin işinə qarışmaq olar", o qeyd edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG