Accessibility links

AŞPA Prezidenti İlqar Məmmədovun dərhal azadlığa buraxılmasına çağırır


İlqar Məmmədov
İlqar Məmmədov

Amnesty International beynəlxalq təşkilatı İ. Məmmədovu "vicdan məhbusu" kimi tanıyıb

”Mən İlqar Məmmədovu dərhal azadlığa buraxılmasına çağırıram!”

Bu barədə AŞPA Prezidenti Ann Brassor öz twitter hesabında yazıb.

Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi verdiyi qərarda bildirib ki, İlqar Məmmədovun həbsində məqsəd “onu susdurmaq və ya cəzalandırmaq” olub.

2014-cü il martın 17-də Ağır Cinayətlər Məhkəməsi İ.Məmmədovu 7 il azadlıqdan məhrum edib.

O, 2013-cü il 23-24 yanvar İsmayıllı hadisələri üzrə ittihamla təqsirli bilinib. Müstəqil müşahidəçilər ittihamların saxta olduğunu əminliklə bildirir.

Avropa məhkəməsi çıxardığı qərarda onun azadlıq, təqsirsizlik prezumpsiyası ve hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri maddələrlə nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.

Amnesty International beynəlxalq təşkilatı İ. Məmmədovu "vicdan məhbusu" kimi tanıyıb.

Amma Azərbaycan hakimiyyəti İlqar Məmmədovun siyasi mülahizələrlə həbs edildiyini inkar edir.
XS
SM
MD
LG