Accessibility links

İlham Əliyev dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Akropolda [Fotoqalereya]


İlham Əliyev dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Akropolda
İlham Əliyev dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Akropolda

Yunanıstanda rəsmi görüşlər iyunun 16-da keçiriləcək

Iyunun 15-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olublar. Bu barədə Azərtac dövlət xəbər agentliyi məlumat verib.

Məlumata görə bu prezident İlham Əliyevin iyunun 15-də Yunanıstana rəsmi səfəri nəticəsində baş tutub.

"Bütün dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur.

“Yuxarı şəhər” mənasını verən və Afinanın rəmzi hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir. Akropol öz möhtəşəmliyi ilə onu görməyə gələn hər bir turistin qəlbində unudulmaz hisslər yaradır." məlumatda deyilir.

Yunanıstanda rəsmi görüşlər iyunun 16-da keçiriləcək.
XS
SM
MD
LG