Accessibility links

Həmsdərlər Azərbaycan-Ermənistan sərhədində mülki şəxslərə atəş açılmasından narahatdır


ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk qrupunun həmsədrləri

Həmsədrlər Vyanada Minsk qrupu ölkələrini sülh danışıqlarının vəziyyəti barədə məlumatlandırıb

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 23-də Vyanada birgə bəyanat yayıb.

Sənəddə deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçirib.

Həmsədrlər gərginliyin və zorakılığın artması halları, o cümlədən qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində mülki şəxslərə atəş açılmasından narahatlıqlarını ifadə edib.

İyulun 22-də Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandianla ayrı-ayrılıqda görüş keçirdiklərini vurğulayan həmsədrlər tərəfləri mülki şəxslərə və yaşayış məntəqələrinə qarşı zorakılıqdan, itkilərdən çəkinməyə, atəşkəs müqaviləsinə sadiq qalmağa çağırdıqlarını vurğulayıblar.

Bəyanatda qeyd olunur ki, Minsk qrupunun həmsədrləri və xarici işlər nazirləri sülh danışıqlarında irəliləyişin əldə olunması üçün Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün əhəmiyyətini qeyd edərək, dövlət başçılarının sammitinin gündəliyindəki mümkün bəndləri də müzakirə ediblər.

Tərəflərin BMT Baş Məclisinin sessiyasının keçiriləcəyi Nyu-Yorkda bir araya gəlmək ehtimalı götür-qoy edilib.

Həmsədrlərin bəyanatında tərəflər arasında etimad yaradılması üçün xalqların təması proqramlarına dəstək ifadə olunur.

Həmsədrlər həmçinin Vyanada Minsk qrupu ölkələrini sülh danışıqlarının vəziyyəti barədə məlumatlandırıb.

XS
SM
MD
LG