Accessibility links

Human Rights Watch : Azərbaycan hakimiyyəti Leyla Yunusu dərhal azad etməlidir


human rights watch
human rights watch

Azərbaycan hakimiyyəti hüquq müdafiəçisi Leyla Yunusu dərhal azad etməli, ona və həyat yoldaşı Arif Yunusa qarşı siyasi motivli ittihamları ləğv etməlidir.

Bu barədə Human Rights Watch hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

“Son dörd ayda irəli sürülən ittihamların və təqiblərin konteksti göstərir ki, Leyla və Arif Yunusa qarşı ittihamlar saxtadır və onları susdurmaq məqsədi daşıyır”, deyə Human Rights Watch-un Avropa və Asiya üzrə direktor müavini Reyçel Denber bildirib.

“Hakimiyyət Azərbaycanın aparıcı hüquq müdafiəçilərinin qorxudulması kampaniyasına dərhal son qoymalı və onlara maneəsiz işləmək imkanı yaratmalıdır”, deyə o əlavə edib.

Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa Şurası və üzv ölkələrin rəhbərləri açıq-aşkar göstərməlidirlər ki, Yunusların təqibi onların Azərbaycan hökuməti ilə münasibətlərinə birbaşa təsir edəcək.

Yunuslar Ermənistan xüsusi xidmətinin xeyrinə casusluqda ittiham edilərək, iyulun 30-da saxlanılıb prokurorluğa gətirildikdən sonra bir neçə saat dindiriliblər.

Müstəntiqlər bildirib ki, Yunuslar xalq diplomatiyası üzrə layihələrdə Azərbaycan vətəndaşlarının cəlb edilməsi zamanı xarici qrantlardan istifadə ediblər. Əslində isə bu qrantlardan casusluq fəaliyyətinin ört-basdır edilməsi üçün istifadə ediblər.

6 saat dindirmədən sonra prokurorluq Leyla və Arif Yunuslara qarşı dövlətə xəyanət, fırıldaqçılıq, vergi ödənişindən yayınma və s. ittihamlarla cinayət işi açıb.

Bundan sonra məhkəmə Leyla Yunusu 3 ay müddətinə həbs edib, Arif Yunus isə ev dustaqlığına buraxılıb.

Azərbaycanda çoxdan hakimiyyəti tənqid edənlərə qarşı saxta ittihamlardan istifadə olunur. Son iki ildə hakimiyyət 40-dan çox siyasi fəala, jurnalistə, blogerə və hüquq müdafiəçisinə qarşı əsassız cinayət işi açıb, onların əksəriyyəti həbsdədir.

Mayın 15-də Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladıqdan sonra da tənqdi səslərin boğulması davam edir, deyə Denber qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG