Accessibility links

Britaniyanın Xarici İşlər Nazirliyi Leyla Yunusun həbsindən narahatdır


Leyla Yunus həbs ediərkən

Leyla Yunus həbs ediərkən

"Xalq diplomatiyasi və sülhün davamlılığı əmin-amanlığın əsas elementləridir"

Böyük Britanıyanın Xarici İşlər Nazirliyi azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən narahatdır.

Bu barədə Britaniya Xarici İşlər Ofisinin mətbuat xidmətindən bildiriblər.

“Bu ittihamlar Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə artan təzyiq tendensiyaların ən son təsdiqidir.

Xalq diplomatiyasi və sülhün davamlılığı əmin-amanlığın əsas elementləridir", deyə bəyanatda deyilir.

Onlar hesab edir ki, Azərbaycanın hakimiyyət orqanları Yunusun şəxsi sağlamlığından xəbərdar olmalıdır. Adekvat olaraq tibbi qayğı və saxlanma şəraiti də təmin olunur ki, bu da mühüm əhəmiyyət kəsb edir.

Böyük Britaniya Azərbaycan hakimiyyətini Yunusun ədalətli məhkəmə hüququnu Azərbaycanın beynəlxalq öhdəlikləri çərçivəsində təmin etməyə çağırır.

XS
SM
MD
LG