Accessibility links

Avropa komissarı Rəsul Cəfərovun həbsindən narahatdır


Avropa İttifaqının komissarı Stefan Fule

Avropa İttifaqının komissarı Stefan Fule

O, Azərbaycan hökumətini beynəlxalq standartlara uyğun olaraq vətəndaş cəmiyyəti ilə bağlı siyasətinə yenidən baxmağa çağırıb

Avropanın genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Ştefan Füle hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən narahatlığını bildirib.

Onun bəyanatında xatırladılır ki, R.Cəfərovun həbsi tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbsindən sonra baş verib.

“Rəsul Cəfərovun həbsi Azərbaycan hakimiyyətinin məqsədyönlü şəkildə vətəndaş cəmiyyətini məhdudlaşdırması təəssüratını yaradır”.

“Biz regionda təhlükəsizliklə bağlı narahatlığımızı avqustun 3-də Dağlıq Qarabağla bağlı bəyanatımızda qeyd etmişik. Biz əminik ki, xüsusilə münaqişə dövründə vətəndaş cəmiyyəti insan azadlıqlarının təminatında mühüm rol oynayır”, Füle bildirib.

O, Azərbaycan hökumətini beynəlxalq standartlara uyğun olaraq vətəndaş cəmiyyəti ilə bağlı siyasətinə yenidən baxmağa çağırıb.

XS
SM
MD
LG