Accessibility links

İntiqam Əliyevin qızı: Hökumətə sözümüz - vicdanınız qarşısında öhdəliyinizə əməl edin! [Video-Müsahibə]


Nərmin Kamilsoyun Amerikanın Səsinə müsahibəsi

Hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin qızı Nərmin Kamilsoy Amerikanın Səsinə müsahibəsində həbsin ailələrinə təsiri, səbəbləri, ədalətli hüquq sistemi, İntiqam Əliyevin Avropa Məhkəməsində müdafiə etdiyi işlərdən danışıb.

Atamın həbsi bizim üçün ağırdır. Ona görə ağırdır ki, o qanunsuz olaraq həbsdədir. Həbsin arxasında heç bir hüquq motivi dayanmır, sırf fəaliyyətinə görə həbsdədir. Mənim atam günahsız olaraq həbsdə yatır..

İntiqam Əliyev barəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və sifariş hesab edir.

Nərmin Kamilsoyun sözlərinə görə 2014-cü ildə QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər edildikdən sonra ictimai sektora nəzarət daha da artıb. "Bu nəzarət İntiqam Əliyevin rəhbərlik etdiyi cəmiyyətdən də yan keçməmişdi. Son iki-üç ayda biz bilirdik ki, digər hüquq müdafiəçiləri ilə bərabər İntiqam Əliyevi də həbs edəcəklər."

"Düşünürəm ki, beynəlxalq təşkilatların təzyiqləri daha sərt olmalıdır. Amma ortada bir nəticə yoxdur. ​Ailə hüquq müdafiəçilərinin, ictimaiyyətin İntiqam Əliyevə dəstəyini çox müsbət qarşılayır," deyə N. Kamilsoy bildirib

"Amma beynəlxalq səviyyədə müdafiənin ailəmizi qane etdiyini düşünmürəm. Atam bir çox beynəlxalq təşkilatların qanunvericilik və insan hüquqları üzrə ekspertidir. Düşünürəm ki, beynəlxalq təşkilatların təzyiqləri daha sərt olmalıdır. Amma ortada bir nəticə yoxdur, N.Kamilsoy bildirib. Ailə düşünür ki, İ.Əliyevin həbsi onun 2010-cü il parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsinə göndərdiyi 71 işlə bağlıdır.

İntiqam Əliyevlə ailəsi görüşməyib. Səhhətinin normal olduğunu deyir. Biz onunla hələ görüşə bilməmişik. Amma vəkilləri tez-tez görüşür. Özü də bizimlə telefonla əlaqə saxlayır və hər şeyin normal olduğunu deyir.

​Çünki bu işlərin 51-i təmin olunmaq ərəfəsində idi. Axtarış zamanı ofisdən Avropa Məhkəməsində olan işlərlə bağlı olan sənədlər də götürülüb. Hansı ki, bu sənədlərin ittihamla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə evlərində axtarış zamanı bütün kompüterlər götürülüb."

"Axtarış zamanı heç bir təhlükəsizlik qaydasına əməl olunmadı. Bizim şəxsi kompüterlərimiz, ailə şəkillərimiz də götürülüb. Üç suvenir xəncər də götürülüb. Bu xəncərlərin ikisi Gürcüstanda atama hədiyyə verilib və gömrükdən keçirilib. Əgər bu xəncərləri soyuq silah kimi sırımaq istəyirlərsə o halda xəncərlər sərhəddə niyə soyuq silah kimi götürülməyib və Azərbaycanda çoxsaylı suvenir xəncərlər açıq satışdadır."

Ailə İntiqam Əliyevin tezliklə həbsdən azad ediləcəyinə inanmır. "Mən atamın tezliklə azad ediləcəyinə inanmaq istəyirəm. Amma ölkədə mövcud ictimai-siyasi durumu nəzərə alaraq bunun yaxın zamanda olacağına inana bilmirəm."

İntiqam Əliyev

İntiqam Əliyev

Nərmin Kamilsoy atasının susdurmağın mümkün olmadığını diqqətə çatdırır. "Onlar düşünə bilərlər ki, həbs etməklə atamı susdura bilərlər. Amma onlar nə atamı, nə də onun yetirdiyi minlərlə, yüzlərlə tələbəni, hüquqşünasları, gəncləri susdurmaq iqtidarında deyil. Artıq İntiqam Əliyev öz məktəbini yaradıb."

Ailə Azərbaycanın beynəlxalq öhdəliklərini yada salır. "Azərbaycan öz öhdəliklərini yerinə yetirməlidir. Ancaq ilk öncə insanın öz vicdanı qarşısında öhdəliyi olmalıdır. Demək istəyirəm ki, onlar atamı, onun mübarizə dostlarını və gəncləri qanunsuz olaraq həbsdə saxlamasınlar. Biz ölkənin gələcəyi demokratik Azərbaycan üçün birlikdə daha yaxşı addımlar ata bilərik. Amma onlar həbsdədir. Onların yeri cəmiyyətdir. Azad bir ölkə üçün mübarizə aparırlar. Onların yeri həbsxana deyil. Həbsxana cinayətkarların yeridir."

İntiqam Əliyevin ailəsinin hökumətə bir sözü var: vicdanınız qarşısında olan öhdəliklərinizə əməl edin!

XS
SM
MD
LG