Accessibility links

K.Ştrasser : Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti sistematik şəkildə daraldılır


Kristofer Ştrasser
Kristofer Ştrasser

“ İyul ayından etibarən biz Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət dairəsinin növbəti və daha sistematik şəkildə daraldılmasını müşahidə edirik”.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi, Alman Federal Hökumətinin ombudsmanı Kristofer Ştrasser Almaniyanın N-TV televiziyasına Azərbaycanla bağlı son olayları şərhində bildirib.

Almaniya televiziyası Azərbaycanda QHT rəhbərləri və hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərovun həbsini xatırladıb.

Buna şərh verən alman ombudsmanı “bu təşkilatları biz ciddi və öz işini sevən tərəfdaşlar kimi tanıyırıq və onlara qarşı qaldırılan iddialar bizə şübhəli görsənir”, o bildirib.

K.Ştrasser Azərbaycanın bu il Avropa Şurası Nazirlər Komitəsində sədrliyini xatırladıb.

“Təəssüf ki, Azərbaycan hökuməti Avropa Şurasında sədrliyindən hüquqi dövlət, fikri ifadə etmək və toplaşmaq azadliğı ilə əlaqədar Avropa Şurasının dəyərlərini öz ölkəsində inandırıcı şəkildə gücləndirmək üçün istifadə etmir”, o bildirib.

Ölkənin Avropa Şurasına qəbulundan sonra AŞPA deputatları Azərbaycanda siyasi məhbuslarla bağlı 3 siyahı hazırlayıblar.

Bu siyahının birini Georges Clerfayt, digərini Malcolm Bruce, 60 siyası məhbus adının daxil olduğu 3-cü siyahını isə Christoph Strasser açıqlamışdı.

Ştrasserin siyahısı AŞPA-da müzakirəyə çıxarılsa da, qəbul edilməyib.

XS
SM
MD
LG