Accessibility links

Serbiya səfirliyi azarkeşlərin “Partizan”a qarşı hərəkətlərini pisləyir


Serbiya səfirliyi

Serbiya səfirliyi

Avqustun 27-də “Partizan” komandasının məşqi zamanı meydana şüşə butulka, daş atılıb

Serbiyanın Azərbaycandakı səfirliyi "Partizan" PFK-nın Bakıda məşqi zamanı azarkeşlərin hərəkətlərindən narahatlığını ifadə edən məlumat yayıb.

Məlumatda deyilir ki, Serbiya səfirliyi avqustun 27-də axşam saatlarında "Neftçi" PFK-nın Bakı şəhərində yerləşən stadionunda "Partizan" PFK-nın məşqləri zamanı baş vermiş xoşagəlməz insidentə görə təəccüblənib.

“Neftçi" PFK-nın azarkeşləri təhqiredici mahnılar oxumaqla yanaşı, futbol meydançasına şüşə butulka, daş və digər predmetlər atıb. Məşqlər bitdikdən sonra otelə qayıdan zaman futbolçuları aparan avtobus daş zərbələrinə məruz qalıb və zədələnib".

Serbiyanın Azərbaycandakı səfirliyi "Partizan" PFK-nın oyunçuları və azarkeşlərinin Bakıdan çıxana qədər təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsini gözləyir.

"Biz ümid edirik ki, insident qəsdən təşkil olunmayıb, lakin bildirmək istərdik ki, daha bir cəhd Serbiya və Azərbaycan arasındakı xoş münasibətləri poza bilər, bu səbəbdən qaydaları pozanların tapılmasını və müvafiq yolla nəzarət altına alınmasını gözləyirik", səfirlik bildirir.

“Neftçi” və “Partizan” futbol komandalarının oyunu bu gün saat 21-də başlayacaq.

Azərbaycan tərəfi məlumatla bağlı hələlik rəsmi mövqe bildirməyib.

XS
SM
MD
LG