Accessibility links

ABŞ vətəndaşının Azərbaycandan çıxmasına qadağa qoyulub [Audio]


Səid Nuri ( Foto Səid Nurinin Facebook səhifəsindən götürülüb).

Səid Nuri ( Foto Səid Nurinin Facebook səhifəsindən götürülüb).

Səid Nuriyə Bakı aeroportunda təyyarəyə minməyə icazə verilməyib

ABŞ vətəndaşı Səid Nuri Amerikanın Səsinə yeni açıqlama verib.

Amerika Səfirliyindən ona deyiblər ki Azərbaycan tərəfi Səid Nurinin Azərbaycan vətəndaşlığından çıxmadığını qeyd edir.

Bu səbəbdən də onun ölkədən çıxışına qadağan qoyulub.

Səid Nurinin sözlərinə görə o, hazırda Azərbaycan vətəndaşı yox, Amerika vətəndaşıdır.

Onun sözlərinə görə 2011-ci ildən ABŞ vətəndaşıdır.

Azərbaycan vətəndaş pasportundan sonuncu dəfə 2006-cı ildə istifadə edib.

"Hazırda bu işlə bağlı vəkil tutmuşam" deyə o bildirib.

***

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi , Respublika Prokurorluğu ABŞ vətəndaşı, ABŞ-ın milli ordusunda çalışan Azərbaycan əsilli Səid Nurinin Azərbaycandan çıxışına qadağa qoyub.

Bu barədə Amerikanın Səsinə müsahibəsində Səid Nurinin özü bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Bakı Hava Limanında sərhəd ximdəti heç bir səbəb göstərmədən Səid Nurini ölkədən buraxmayıb. "Mənə dedilər ki, MTN və Baş Prokurorluq çıxışıma qadağa qoyub. Səbəbini onlardan soruşum. Mən hazırda Amerika səfirliyinə müraciət etmişəm. Səfilrik araşdırır".

Səid Nuri bildirib ki, Azərbaycana viza ilə gəlib və vizası sentyabrın 21-dək etibarlıdır.

O hesab edir ki, ölkədən buraxılmaması beynəlxalq qalmaqala çevrilə bilər.

Dəymiş ziyana gəldikdə isə Səid Nuri vəkillərlə məsləhətləşəcəyini bildirib.

Öz növbəsində Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyətlə Əlaqələr Mərkəzi Amerikanın Səsinə Səid Nuri ilə bağlı belə bir məlumatlarının olmadığını buildirib.

Baş prokurorluq isə Səid Nurinin ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı faktı təsdiqləyib.

Səid Nuri vaxtilə "Yeni Fikir" Gənclər Birliyinin sədr müavini olub.

2006-cı ildə "Yeni Fikir" Gənclər Buirliyinin sədri Ruslan Bəşirli və onun müavini Ramin Tağıyev hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq 4 ildən 7 ilədək azadlıqdan məhrum olunub. Səid Nuri isə səhhətindəki problemlərə görə üç il sınaq müddəti ilə beş il şərti olaraq azadlıqdan məhrum edilib.

O, 2006-ci ildə ölkəni tərk edib.

XS
SM
MD
LG