Accessibility links

Ştefan Füle: AB-nin tərəfdaş ölkələrinin suverenliyi və müstəqilliyinin təmin olunması üçün enerji təhlükəsizliyi vacibdir [Video]


Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıda çıxış edir

Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıda çıxış edir

Ermənistan Bakı görüşünə qatılmayıb

Sentyabrın 9-da Bakıda Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü başlayıb.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə görüşdə nazirlərlə yanaşı Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Şmidt iştirak edir.

Ştefan Füle bildirib ki, AB -nin tərəfdaş ölkələrinin suverenliyi və müstəqilliyinin təmin olunması üçün enerji təhlükəsizliyi vacibdir

Onun sözlərinə görə Avropa Birliyi üçün enerji təhlükəsizliyi də maraqlıdır.

“Biz enerji məsələsində Ukraynaya kömək etməliyik. “deyə o bildirib.

Qeyri-rəsmi görüşdə məqsəd Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan daxildir. Ermənistan Bakı görüşünə qatılmayıb.

XS
SM
MD
LG